Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Aslanın sığınacaqda tüfeyli həyat sürən oğlu - "Heç kim onu axtarmır"

“Siyavuş Aslanın oğlu öz-özünə gülür, qadınlara sataşır...” ...

Azərbaycanın mərhum sənətkarı, Xalq artisti Səyavuş Aslanın böyük oğlu Çingiz Aslan xeyli vaxtdır Bakının Zabrat qəsəbəsində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda qalır.

Sığınacağın direktoru Anar İbrahimov bildirib ki, aktyorun oğlu hazırda müalicə alır, vəziyyəti normaldır.

- Çingiz hepatit C xəstliyi ilə əlaqədar müalicə alır. Özünün dediyinə görə, vəziyyəti normaldır. Çox vaxt səhər çıxır, axşam gəlir.

- Sizin sığınacaqda nə qədər qalacaq?

- Burada qalma müddəti 6 aydır. Amma biz onun vaxtını daha 6 ay artırmışıq. Artıq 2 ay gedib, 4 ayı qalıb.

- İşləyirmi? Ümumiyyətlə, nə işlə məşğul olur?

-Yox işləmir. Tüfeyli həyat tərzi keçirir. Belə adamların işləməyi çətindir. Səhhəti də buna yol vermir.

- Sığınacaqda digər sakinlərlə münasibətləri necədir?

- Bir nəfərlə dostluq edirdi. Həmin şəxs özünü nizam-intizam qaydalarına uyğun aparmadığına görə sığınacaqdan xaric edildi.

- Bildiyimə görə, Çingizin əvəllər pis vərdişləri olub. Daha dəqiq desək, narkotik istifadəçisi olub. Hazırda bu vərdişdən uzaqdırmı?

- Şübhələrim var. Düzdür, görməmişəm. Amma halında hiss olunur. Çox vaxt normal görünür. Arada özünü yaxşı aparmır. Gah halı pisləşir. Öz-özünə gülür. Qadınlara sataşmaq kimi yaxşı olmayan vərdişləri də var.

- Yaxınları onunla maraqlanırmı? Qardaşı Eldar gəlib Çingizə baş çəkir?

- Xeyr. Ona heç kim baş çəkmir. Maraqlanan da yoxdur. Bəlkə telefonla danışırlar, amma indiyədək gələn olmayıb. (Azvision.az)

pia.az


Etiket: Siyavuş Aslan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar