Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verdi

Rasim Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb...

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rasim Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

PİA.az-ın məlumatına görə, Xətai rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Əskərova bəraət verilib.

Hökmdən narazı qalan prokuror Nəriman Babayev protest verib. Protestə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Prokurorluğun şikayəti təmin edilməyib.

Prokurorluq Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Tahir Kazımov sədrliyi ilə keçirilən prosesdə iş üzrə hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilib.

Hazırda cinayət işi hakim Faiq Qasımovun icraatına araşdırılır.

Qeyd edək ki, hadisə 2017-ci ildə Xətai rayonu, Zığ şossesində qeydə alınıb. "Ford" markalı, 90 HU 342 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 66 yaşlı Uğur Vəliyevi vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Daha sonra müəyyən edilib ki, Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov da həmin qəzanın iştirakçısı olub. Belə ki, sabiq nazirin idarə etdiyi "Mercedes" markalı avtomobilin yan güzgüsü Uğur Vəliyevə dəyib, daha sonra piyada Rasim Əskərovun idarə etdiyi "Ford” markalı yük maşını ilə vurulub.

Sabiq nazir hadisə ilə bağlı APA-ya açıqlamasında qeyd edib ki, o, bu hadisədə şahid qismində istintaqa cəlb olunub: "Həmin şəxs yolu keçərkən sərxoş vəziyyətdə olub. Hadisə baş verən ərazidən 10 metr kənarda yerüstü piyada keçidi var. Lakin piyada həmin keçiddən istifadə etməyib. Ölən şəxs içkili vəziyyətdə avtobusdan düşərək səkkiz zolaqlı yolu qaçmağa başlayıb. Bu zaman avtomobilimin yan güzgüsünə dəydi. Sonradan isə digər maşın onu vuraraq öldürdü. Bütün bunları əks etdirən görüntülər də var. Mən də polisə şahid qismində ifadə verdim. Hər şeyi olduğu kimi danışdım”. (APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar