Cümə axşamı, 02 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İran FATF-ın "qara siyahı"sında

İran FATF-ın "qara siyahı"sına salındı...

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) tərkibində fəaliyyət göstərən Maliyyə Fəaliyyət Tapşırıq Qrupu (FATF) terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə bağlı maliyyə islahatlarını başa çatdırmadığına görə İranı "qara siyahı"ya salıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, FATF İranı maliyyə sistemindəki strateji kəsirləri aradan qaldırmaq üçün 2016-cı ilin iyununda üzərinə götürdüyü maliyyə islahatlarını həyata keçirmədiyinə görə, "Ehtiyat tədbirləri tələb edən yüksək riskli yurisdiksiya" statusuna daxil edib.

Qurumun bəyanatında İranın həmçinin “Palermo Konvensiya”na və “Terrorizmin Maliyyələşdirməsinin Qarşısının Alınması” üzrə FATF standartlarını tətbiq etmədiyi vurğulanıb.

Qeyd edək ki, FATF üzv ölkələrin səlahiyyətli orqanlarına ölkələrindəki İran mərkəzli maliyyə qurumlarının filial və törəmə şirkətlərinə, bu qurumların maliyyə transferlərinə nəzarəti artırmağı və İranda şöbələri olan xarici maliyyə qurumlarına beynəlxalq nəzarəti artırmağa çağırıb.

FATF İranın “Fəaliyyət Planı”nın tələblərini yerinə yetirənə qədər “qara siyahı”da qalacağı bildirilib.

Xatırladaq ki, FATF 1989-cu ildə G-7 ölkələri (ABŞ, Yaponiya, Almaniya, Fransa, İngiltərə, İtaliya və Kanada) tərəfindən çirkli pulların yuyulmasının qarşısını almaq üçün OECD nəzdində yaradılıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: FATF İran

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronavirus qidalar vasitəsilə insana keçə bilərmi?

Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limit artırıldı

ABŞ çalxalanır: Prezidentin kürəkəni tualetə qapadıldı, sevimli keşişi isə həbs edildi...

“Bizi qarşıda çox dəhşətli günlər gözləyir” – ABŞ prezidenti

Azərbaycanda dollar satışı məhdudlaşdırıldı? - Rəsmi

Koronavirus fəlakətinin iqtisadi nəticələri - Sabiq nazir şərh edir

Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - Siyahı

Bu hallar da xüsusi rejimin pozulması hesab olunacaq

“Rövşanə bizdən aldığı pullarla 4-5 ailəyə kömək etsin” – Afət Fərmanqızı

loading...

Ən çox oxunanalar