Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölümcül yorğunluq QİÇS-in əlaməti ola bilər - Xəstəlik epidemiya halını alır

QİÇS (SPİD) kimi infeksion xəstəlik bəzən elə əlamətlərlə başlayır ki, xəstə hər şeydən şübhələnir, təkcə QİÇS-dən başqa...

Cinsi münasibətlərdə qorunma, partnyorun diqqətlə seçilməsi, qoruyucular, sağlam qidalanmaq bunlar heç biri sizi QİÇS-dən sığortalamır.

QİÇS elə xəstəlikdir ki, insanlar xərçəng olduğunu elan edir, çəkinmir, amma QİÇS barədə hər kəs susur: xəstələr də, həkimlər də, şübhəlilər də.

Mütəxəssislər həyəcan təbili vurur: QİÇS test hər iki yoluxmuşdan birində müsbət çıxır.

PİA.az medicina.az-a istinadən bildirir ki, Rusiyada çıxan və böyük rezonans yaradan Yuriy Dudyun "Rusiyada QİÇS epidemiyası - hər kəs susur" adlı sənədli filmində təkcə Rusiyada milyondan çox QİÇS-ə yoluxmuş xəstə olduğu deyilir.

İnsan QİÇS testi keçməyənə kimi uzun müddət özündə xəstəlik olduğunu anlamaz. Xəstəlik mənbəyi olan insanla əlaqədən sonra virus özünü 2 ay sonra göstərir. Bəzən isə xəstəlik aylarla ciddi simptomsuz gedir.

Xəstə özünü halsız, çox yorğun, ölümcül gücsüz hiss edə bilər. Eyni zamanda qrip və anginadakı kimi simptomlar olur. Xəstələrin yarısında QİÇS özünü qrip və boğaz ağrısı ilə göstərir. Çox zaman boğaz əti, ağız içi, badamcıqlar ağ ərplə örtülür.

Uzun müddət temperatur 37,2- 38 dərəcədə dəyişirsə, bu artıq virusun orqanizmə daxil olduğunu göstərir. Qanda leykositlərin kəskin qalxması da bir göstərici ola bilər.

Ona görə həkimlər səbəbsiz və azalmaq bilməyən xroniki yorğunluğun, yuxu pozulmasının, diqqətin yayınmasının, hətta yaddaş pozulmasının, əzələ, oynaq və sümüklərdə ağrıların yaranması 45% QİÇS xəstələrində rast gəlinən birinci əlamətlərdir.

Bu əlamətlər 3 aydır sizi narahat edirsə, QİÇS mərkəzində test verin.

pia.az


Etiket: QİÇS


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar