Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi

Azərbaycan cüdoçusu Orxan Səfərov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində 1/4 finala yüksəlib...

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk olaraq Denis Vierunu (Moldova) məğlub edib. Səfərov daha sonra İndrit Cullhaj (Albaniya), ardınca isə Mukriddin Tılovovdan (Qazaxıstan) güclü olub

Eyni çəkidəki Nicat Şıxəlizadə mərakeşli İmad Bassou və monteneqrolu Yusuf Nurkoviçlə dueldən qalib ayrılıb. Cüdoçu yaponiyalı rəqibi Hifumi Abeni məğlub edə bilməyib.

60 kq-dakı Kəramət Hüseynov və Oruc Vəlizadə mübarizəni erkən dayandırıblar. Hüseynovun 1/32 finaldakı rəqibi Pedro Nayr Qarsiya (Anqola) görüşdən imtina edib. İdmançı ardınca Cənubi Koreya təmsilçisi Kim Von Jinə uduzub. Vəlizadə isə ilk qarşılaşmada Dilmer Kalle (Peru) üstələsə də, tunisli Fraj Dhoubi ilə bacarmayıb.

Qadınların yarışında Aişə Qurbanlı (48 kq) cənubi koreyalı Yeonju Ohun müqavimətini qıra bilməyib. Bu çəkidəki Leylа Əliyeva da yarışa qələbə ilə başlayıb. İlk görüşdə Luz Alvarezi (Kolumbiya) məyus edən cüdoçu daha sonra ikinci dueldə Katharina Menzə (Almaniya) uduzub.

Gültac Məmmədəliyeva (52 kq) da Cənubi Koreya təmsilçisinin qarşısında aciz qalib. O, ilk görüşdə belçikalı Amber Ryhueli məğlub edib, daha sonra Bokyeong Jeonga ilə dueldə məğlub ayrılıb.

57 kq-da Aleksandra-Larisa Florian Mariya Skora (Ukrayna) qalib gəldikdən sonra Theresa Stolla (Almaniya) məğlub olub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 23-də yekun vurulacaq. Qarşıdakı günlərdə Azərbaycanın 8 kişi və 1 qadın cüdoçusu da qüvvəsini sınayacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar