Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirildi - BŞİH-də tədbir  

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı şəhərində keçirilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində tədbir və “Sonsuz dəhliz” adlı filmin nümayişi keçirilib...

Tədbirin əvvəlində qonaqlar Səbail rayonu 6 və 189-190 nömrəli orta məktəb və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin hazırladıqları sərgi ilə tanış olmuşlar.

Tarixçi alimlər, ziyalılar, paytaxtın ali məktəblərinin tələbələri, gənclər, mədəniyyət işçiləri, könüllülərin iştirakı ilə faciənin ildönümünə həsr olunmuş tədbiri Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov açaraq Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Aərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün işlərə başlanmışdır.
Bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu bildirmişdir.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Kərim Şükürov, Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor Həvva Məmmədova, faciənin canlı şahidi Ramin Quliyev və başqaları çıxış edərək Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən danışmış, bu gün nümayiş etdirilən “Sonsuz dəhliz” filminin Xocalı həqiqətlərinin geniş ictimaiyyətə, xüsusilə xarici ölkələrdə yaşayan vətəndaşlara obyektiv çatdırılmasinda böyük rolu olacağını vurğulamışlar. Çixişçılar ölkə rəhbərinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində litvalı kino rejissor Andreas Brokasın çəkdiyi “Sonsuz dəhliz” filmi nümayiş etdirilmişdir.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Ən çox oxunanalar