Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN metroda təlim keçirdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə metronun “Azadlıq” stansiyasında “Xidmətin xilasedici qruplarının çağırış zamanı hərəkətləri” mövzusunda xüsusi-taktiki təlim keçirib...

FHN-dən verilən məlumata görə, təlim əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyətinin xəbərdaretmə sxeminə uyğun olaraq müəyyən edilən vaxt çərçivəsində təyin olunan ərazidə toplanışının yoxlanılması, xilasetmə və mühafizə işlərinin təşkili sahəsində təcrübələrinin artırılması, şəxsi heyətin Metropolitendə xilasetmə, mühafizə və ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələri üzrə (real şəraitə uyğun olaraq) praktiki bilik və bacarıqlara daha dərindən yiyələnməsinə nail olmaq məqsədi ilə keçirilib.

Həmçinin təlimin keçirilməsində məqsəd xilasetmə və mühafizə işlərinin təşkilində komandirlərin bacarıqlarının və qərargahın uzlaşmasının praktiki fəaliyyətdə yoxlanılmasından, metro stansiyalarında partlayıcı qurğuların zərərləşdirilməsi prosesinin öyrənilməsindən ibrarət olub.

Bundan əlavə, stansiyalarda və hərəkət qatarlarında axtarış və qəza-xilasetmə işlərinin aparılması zamanı Xidmətin və “Bakı Metropoliteni”nin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi əsas məqsədlərdən biri olub.

Təlimin planına əsasən, ilkin olaraq Xidmətin idarə və dəstələrinin hazırlıq vəziyyətinə gətirilərək təlim üzrə sənədlərin dəqiqləşdirilməsi və hadisə yerinə yürüş həyata keçirilib.

Hadisə yerində komanda-qərargah məntəqəsi və tibb məntəqəsi yaradılıb, şərti fövqəladə hallar rayonuna çatan mühafizəçilər Metropolitenin əməkdaşları ilə birlikdə stansiyanın ərazisini mühafizə edib, kənar şəxslərin stansiya ərazisinə daxil olmasının qarşısını alıblar.

Şərti baş verən hadisə yerinə çatmaq üçün xilasedicilər stansiya rəisinin göstərişlərinə uyğun olaraq təyin edilən bələdçilərlə hərəkət edərək, hadisə yerinə çatdıqdan sonra kəşfiyyat işlərinə başlayıblar.

Ən müasir xüsusi geyimlərlə və avadınlaqlarla təchiz olunan xilasedicilər tərəfindən kəşfiyyat zamanı qatarın relsdən çıxaraq şərti qəzaya uğraması, çoxlu sayda sərnişinlərin xəsarət alması barədə qrup komandirlərinə məlumat verilib. Məlumat verildikdən sonra xilasedicilər dərhal xilasetmə işlərinə başlayıb, xilasetmə alət və avadanlığından istifadə edərək şərti qəzaya uğrayan qatardan zərərçəkmişləri çıxararaq onlara ilk tibbi yardım göstərib və xərəklər vasitəsilə metropolitenin şəxsi heyəti ilə birlikdə təxliyə işlərini həyata keçiriblər.

Xüsusi-taktiki təlimin yekunu olaraq xilasedici, pirotexnik-istehkam qrupları qəza-xilasetmə işləri sona çatdıqdan sonra kinoloqlarla birlikdə hadisə yerinə təkrar baxış keçirərək komanda-qərargah məntəqəsinə məruzə ediblər.

Təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

pia.az


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar