Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX bu dəfə hansı icra başçısının "qapısını döyəcək?"

Növbədə hansı icra başçılarıdır?...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonundan sonra daha bir neçə rayonda əməliyyat keçirəcəyi ehtimal edilir.

PİA.az-ın xəbərinə görə, bu əməliyyatlar daha çox narazılığın olduğu rayonlarda həyata keçirilir.

Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun bir neçə gün öncə dərc olunan məqaləsində qeyd edilib ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artıb.

Bildirilib ki, şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir: "Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir. Mövzular üzrə təhlil göstərir ki, hüquq mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur".

DTX bir müddət əvvəl Ağstafada əməliyyat keçirdi, rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov saxlanıldı, cinayət işi açıldı və həbs edildi. Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı da həbs edilib. Fevralın 20-də də Neftçalada əməliyyat keçirildi, saxlanılanların olduğu bildirilir. Şikayətlərin daha çox olduğu rayonların siyahısında bu rayonların adları var. Siyahıda başqa rayonlar da qeyd edilib. Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə vurğulayıb ki, qanun pozuntularına yol verən məmurlar sərt cəzalandırılacaq. (Pravda.az)

pia.az


Etiket: DTX Neftçala


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar