Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun “AtaBank”-nın növbəti qurbanları kimlər olacaq?

Fazil Məmmədovun ətrafında həbslər...

Son günlər sabiq vergilər naziri Fazil Məmmədova məxsus olduğu deyilən “AtaBank”dakı problemlərlə bağlı xəbərlər artıb. Bildirilir ki, bank ötən ilin sentyabrından etibarən pulunu geri çəkmək istəyən əmanətçilərin tələblərini ödəyə bilmir. Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatların yayılmasından sonra yanvarın 31-də məsələ ilə bağlı açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “AtaBank”da ciddi problemlər olduğunu təsdiqləyib. E.Rüstəmov bunun səbəbinin bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayrılması olduğunu qeyd edib.

F.Məmmədovun yaxın çevrəsində bank işinə görə həbslər başlayıb. Ümumiyyətlə, bir müddət əvvəl başlayan və şərti olaraq, “AtaBank” işi" adlandırılan təhqiqatın gedişində üzə çıxan detalların sabiq nazirə ciddi başağrısı yaradacağı deyilir.

Məlumatlarda onun yaxın adamlarına yönəlik həbslərin davam edəcəyi, hətta keçmiş nazirin özünün də eyni aqibətə məruz qalacağı iddia olunur.

Qeyd edək ki, fevralın 7-dən etibarən “AtaBank” müştəriləri bu bankın kartları ilə hər hansı əməliyyat aparmaq imkanından da məhrum olublar. Bankdan bunun texniki səbəblərlə bağlı olduğu və maksimum növbəti həftə ərzində əməliyyatların bərpa olunacağı açıqlansa da, bu, reallaşmayıb. Bankdan verilən məlumata görə, kartlarla əməliyyatların ayın sonunadək bərpa olunması gözlənilir. Qeyd edək ki, “AtaBank”ın açıqlanan son maliyyə göstəriciləri 2019-cu il oktyabrın 1-nə aiddir. Həmin tarixə “Atabank”ın aktivləri 532,074 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7 faiz azdır. Bunun 341,465 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 16,1 faiz kiçilib.

Hesabat dövründə “AtaBank”ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4 faiz az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2 faiz az), balans kapitalı isə 142,636 milyon manat (1,3 faiz az) təşkil edib. Bununla belə, bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4 faiz az) başa vurub.

İddia olunur ki, “AtaBank”da təxminən 200 milyon manata yaxın sığortalanmış əmanət var. Yəni söhbət on minlərlə vətəndaşdan gedir. Bura hələ hüquqi şəxslər, şirkət və təşkilatlar daxil deyil. Hazırda bankdan bəzi əmanətçilərin vəsaitlərinin qaytarılması həyata keçirilir. Bu proses qeyri-şəffaf həyata keçirildiyi üçün hansı qrupların əmanətlərinin qaytarıldığını söyləmək mümkün deyil. Lakin ehtimal olunur ki, daha çox fiziki şəxslərin deyil, hüquqi şəxslərin vəsaitləri qaytarılır. Çünki Əmanətlərin Sığortalanması Fondunda “AtaBank”ın əmanətçilərinin pulunu qaytarmağa indi yetəcək qədər vəsait yoxdur. Ekspertlər güman edir ki, Mərkəzi Bank ya bankı müflis elan edəcək ki, bu halda əmanətlər fondun hesabına qaytarılmalıdır. Bunun üçün isə dövlət fonda vəsait ayırmalıdır.

Ekspertin fikrincə, “AtaBank”da problemin yaranmasının əsas səbəbi bərbad idarəetmə və irihəcmli saxta kreditlərdir. Məsələn, bilgili ekspertlərdən biri bugünlərdə “Yeni Müsavat”a deyib ki, elə adamlar var ki, adlarına 35-50 milyon manat kredit rəsmiləşdirilib. O adamların çoxunun heç bu barədə məlumatı belə yoxdur. Bank rəhbərləri pulları çıxarmaq üçün belə saxtakarlıqlara əl atıblar.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovun, məsələn, “Qolfstrim” markalı təyyarəsini “AtaBank”dan götürdüyü milyonlarla manat kreditlə əvəzləşdirilməsi yeni xəbər deyil. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi “AtaBank”dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov kimi qoyulubmuş. Məlumatlara görə, nazir olduğu vaxt kreditə görə faiz borclarını vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişləri etməyib. Bu səbəbdən də şəxsi təyyarəsi əlindən alınıb. F. Məmmədov özü “AtaBank”a olan borcunun müqabilində təyyarəsini təklif edib.

Yada salaq ki, “AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev sabiq nazirin bacısı oğludur. Sabiq nazirin də bacısı oğlu ilə danışaraq, borcun əvəzində təyyarənin alınmasını istədiyi iddia edilirdi.

Məmmədovun bankdan nə qədər kredit götürdüyü barədə bilgi yoxdur. Ancaq sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olması borcun kifayət qədər yüksək olduğunu göstərirdi.

Keçmiş nazirin özünün də həbs edilə biləcəyi barədə ehtimal da maraq doğurur. Çünki söhbət təkcə iflas olan bankdan yox, nazir olduğu dönəmdə ölkədən çıxarılan 4 milyard 500 milyon manat “qara pul”dan gedir. İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb. Dövlət başçısı da son müşavirələrin birində ad çəkməsə də, vergi sistemindəki özbaşınalıq və büdcədən yayındırılan pullar haqda danışmışdı. (pravda .az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar