Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşüb...

PİA.az xəbər verir ki, Senatın Sədri Maria Elisabetta Alberti Kaselatti dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti və İtaliya Senatının Sədri birgə foto çəkdiriblər.

İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kaselatti özünün Azərbaycana, Birinci vitse-prezident Mehriban Əliyevanın isə Romaya səfərlərini xatırlatdı. O, ölkələrimiz arasında dostluğun hərtərəfli surətdə genişləndiyini qeyd edib. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfərini vurğulayan Senatın Sədri tarixi əlaqələrə əsaslanan Azərbaycan-İtaliya əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Prezident dedi ki, bu səfər əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Dövlətimizin başçısı İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyət daşığını qeyd etdi. Prezident İlham ƏliyevAzərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əlaqələrimizi yeni yüksək səviyyəyə qaldıracağını bildirib. Xüsusi qeyd olunub ki, İtaliya Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşıdır.

Görüşdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, Azərbaycan ilə İtaliyanın ATƏT Parlament Assambleyası, AŞPA və digər qurumlarda da əməkdaşlıq etdiyi vurğulanıb. TAP layihəsinin uğurla reallaşdırılmasının, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdəki layihələrdə iştirakının əhəmiyyəti qeyd edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub. (Report)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar