Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

SOCAR və “Snam” arasında saziş imzalandı

SOCAR və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan “Snam” arasında bərpa olunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar...

SOCAR-dan verilən məlumata görə, hər iki şirkət TAP konsorsiumunda 20% paya sahibdir və Cənub Qaz Dəhlizinin ən böyük səhmdarlarındandır.

Saziş Romada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İtaliyanın baş naziri Cuzeppe Kontinin iştirakı ilə SOCAR və “Snam” şirkətlərinin nümayəndələri tərəfindən imzalanıb.

SOCAR və “Snam” arasındakı saziş enerji transformasiyası və dövri iqtisadiyyat ilə bağlı olan sahələrdə əməkdaşlığı əhatə edir: Bioqaz və biometandan istifadənin araşdırılması və inkişafı, həmçinin, anaerob emal müəssisələrin yaradılması üçün imkanların araşdırılması. Bu tipli müəssisələrin layihələndirilməsində və tikintisində “Snam”ın törəmə şirkəti olan “IES Biogas”ın təcrübəsi tətbiq oluna bilər.

SOCAR və “Snam” bu məsələ ilə bağlı potensial birgə investisiya imkanlarını qiymətləndirməyi planlaşdırır; yeni yanacaqpaylayıcı məntəqələri inkişaf etdirməklə və sıxılmış təbii qaz (CNG), maye təbii qaz (LNG) və hidrogendən (H2) istifadə etməklə dayanıqlı nəqliyyatın dəstəklənməsi. “Snam”ın törəməsi olan “Cubogas” bu layihəyə cəlb oluna bilər.

Avtomobil istehsalçıları ilə əməkdaşlığın qurulması və avtomobillərin modifikasiya olunması da mümkündür, hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması.

“Bu layihə vasitəsilə Snam və SOCAR Azərbaycanda enerji transformasiyası və dövri iqtisadiyyata töhfə verərək, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər. Bundan başqa, biometan və hidrogenin inkişafı Cənub Qaz Dəhlizi və TAP kəməri vasitəsilə bərpaolunan qazların nəqli üçün yeni imkanlar yarada bilər və beləliklə etibarlı və çevik təchizat ilə yanaşı ekoloji davamlılığı artırar”, - deyə “Snam”ın baş direktoru Marko Alvera bildirib.

“SOCAR ətraf mühitə neqativ təsirlərin minimuma endirilməsi üzrə fəaliyyətində əhəmiyyətli addımlar atıb. Bu saziş enerji sənayesində davamlılığa doğru atılan daha bir mühüm addımdır. Bu addımın məqsədi ekoloji cəhətdən təmiz bir iqtisadiyyat yaratmaq, qlobal istiləşmənin məhdudlaşdırılmasına töhfə vermək , insanların rifah halının və həyat səviyyəsinin dayanıqlı inkişafına nail olmaqdır”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: SOCAR


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əli Həsənovun siyasi karyerasının tarixçəsi - Şok detallar - Müsahibə

Nuşirəvan Məhərrəmli vəzifədən alındı - Yeni seçim

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Əli Əsədovdan sərəncam: Əhaliyə yardım planı təsdiqləndi

Böyük Britaniya hökuməti: Koronavirus laboratoriyadan sızıb

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Bircə çörəklə imtahana çəkilməyək - Qubad İbadoğlu taxıl sahəsindəki vəziyyəti şərh elədi

Bu tarixdə Koronavirus pandemiyasının pik nöqtəsi olacaq

"Ramiz Mehdiyev uduzduğu kimi eyni aqibəti siz də yaşayacaqsınız "- Aslan İsmayılov

Türkiyədə bu gündən maska satışı qadağan edilir

loading...

Ən çox oxunanalar