Cümə, 10 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

«PASHA Holding»in bankı amerikanlara satıldı

Azərbaycanın ən byöük biznes qruplarından olan «PASHA Holding»in bankı satılıb...

Söhbət Holdinqin Monteneqroda aldığı bankdan - «Nova Banka» AD Podgorica-dan gedir.

Monteneqronun kommersiya sebyektlərinin mərkəzi reyetsrində «Nova Banka» AD Podgorica ilə bağlı məlumatlara dəyişiklik edilib. Dəyişikliyə əsasən, bankıçn səhmlərinin 100%-ni mülkiyyət hüququ «Azmont Investments» şirkətindən «Adriatic Capital LLC» şirkətinə keçib.

Qeyd edək ki, tərəflər bankın alqı-satqısı barədə hələ 2019-cu ildə elan etmişdilər. Bu ilin 15 yanvarında isə bank öz müştərilərinə xəbər verib ki, ümumi məbləği 7,1 milyon dollar olan əqd bağlanıb və bank yeni mülkiyyətçinin sərəncamına keçib.

PİA.az biznes və maliyyə xəbərləri portalı "Report"a istinadən bildirir ki, 299 511 761 ədəd səhmin satışı Monteneqro Fond Birjasında həyata keçirilib. Alqı-satqı predmeti olan bankın 2019-cu il üzrə maliyyə göstəriciləri məlum olmasa da, 2018-ci ildə 4,6 milyon avro zərərlə işlədiyi məlumdur. Auditor rəyinə görə, 2019-cu ilin əvvəlinə kredit təşkilatının nizamnamə kapitalı 12 milyon avroya yaxın olub. Başa çatmış il ərzində bankın aktivləri 14,6% artaraq 25,9 milyon avroya çatıb. Həmçinin bankın kredit zərfi də il ərzində 18,5% artaraq 12,8 milyon avroya çatıb. Bunun 10,3 milyonu korporativ sektora ayrılıb, qalan məbləğ də istehlak kreditlərinin payına düşür.

"Nova Banca Podgorica” 2012-ci ildə sahilyanı Kumbor şəhərində "Portonovi” turizm kompleksi tikmək məqsədilə "Azmont İnvestments” və "Azerbaijan Global İnvestments” şirkətləri təsis edib. Bu təsisatın başqa bir səbəbi kimi "Şahdəniz-2” layihəsi çərçivəsində Avropaya təbii qaz ixracını nəzərdə tutan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşdırılması göstərilir. Bu layihə çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, "Azmont İnvestments”in ana şirkəti olan "Azerbaijan Global İnvestments” LLC-nin səhmdarları "Pasha Development”, "Ata Holding”, "Synergy Group” şirkətləridir.(fed.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Əhalinin nəzərinə: Bu şəxslərin icazəsi ləğv edilir

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Ziyalılar Mübariz Mənsimova görə İlham Əliyevə müraciət etdi - Siyahıda 138 ad var

Siyasi şərhçi: “Hökumət yardım paketinə yenidən baxmalıdır”

Ziyafət Əsgərov: “Dövlətə bu qədər düşmən kəsilmək olmaz”

İşsizlər üçün birdəfəlik ödəmənin kimlərə veriləcəyi açıqlandı - Rəsmi

“Virusla bağlı qara günlər qarşıdadır” - Sağ qalmaq üçün 7 qızıl şərt...

Nərminin qətli ilə bağlı daha bir məhkəmə qərarı açıqlandı

"O, qarabağlılardan və bütün azərbaycanlılardan üzr istəməlidir" - İqbal Ağazadə  

loading...

Ən çox oxunanalar