Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

SOCAR və Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaratdı

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb...

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, ''SOCAR-STP'' adlanan yeni birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edəcək. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilmiş mərasimdə müqaviləni STP-nin baş direktoru Emin Məmmədov və SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov imzalayıblar.

Birgə müssisənin yaradılması Azərbaycanın qlobal brendi olan SOCAR və ölkənin ən iri sənaye komplekslərindən Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsal gücünü artırmağı, MDB miqyasında və hətta daha geniş miqyasda neft-qaz-mədən avadanlıqları və texnologiyalara dair xidmətlər təklif edən aparıcı və rəqabətədavamlı şirkətə çevrilməyi hədəfləyir.

Yeni birgə müəssisənin əsas gücü hazırki bazar tələblərinə uyğun olan peşəkar və təcrübəli texniki heyətin, sənaye səriştəliklərinin və müasir avadanlığın bir yerdə cəmləşdirilməsidir.

''SOCAR-STP''-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarət olacaq.

SOCAR-ın prezidenti R. Abdullayev imzalanma mərasimində bildirmişdir ki, yeni müəssisə mühəndislik və maşınqayırma sahələrinin simbiozu üçün şərait yaradır. Yeni müəssisədən əsas gözlənti yüksək keyfiyyətlə və rəqabətli şəkildə fəaliyyət göstərməklə açıq tenderlərdə uğur qazanması, həm Azərbaycan, həm də digər bazarlarda rəqabətli şirkətə çevrilməkdir. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi yeni yaradılan şirkətin əsas prioriteti olacaq.

Xatırladaq ki, ötən il dekabrın 10-da “Energy Forward” tədbiri zamanı SOCAR ilə STP arasında əməkdaşlığa dair ilkin anlaşma memorandumu imzalanmışdır və onun davamı olaraq, bu gün birgə müəssisə yaradılıb.

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: SOCAR


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fonda yardım üçün səfərbər oldular - Siyahıda kimlər var?

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

“Müğənnilər 10-15 axmağı soyurlar” – Fazil Mustafadan maraqlı açıqlamalar

Bu sadə qaydalara əməl edənlər koronavirusa yoluxmur - Siyahı

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

ABŞ-ın səhiyyə sistemi: “Ölsən, bundan yaxşıdır”...

Nazirlər Kabineti: Azərbaycanda koronavirusa yoluxma artır

Koronavirusa yoluxan orqanizm 9 gündə hansı etaplardan keçir - Diqqətli olun

Jurnalist icra başçısına tənə vurdu: "Məsləhət verməklə iş bitmir..."

"Semaşko"nun 10 əməkdaşında koronavirus aşkarlandı

Ölkədə 158 mindən çox əməkdaşın evdən çıxması üçün icazə təsdiqləndi

loading...

Ən çox oxunanalar