Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman dövlətçiliyi və radikal sağın yüksəlişi

Bir əsr əvvəl zəif alman demokratiyası yaratmış Veymar konstitusiyasına güvənərək Hitlerin parlament sistemində yüksəlişinin qarşısının alınacağını düşünən liberal demokratların bu gün hələ də eyni mövqedən çıxış etməsi komediyanı faciəyə çevirir....

Ferhan Bayır
“Aydınlık” qəzeti, Türkiyə, 19 fevral 2020-ci il

1930-cu il seçkilərində ilk şəhər hökuməti Türinqiyada Milli Sosialist Alman İşçi Partiyası (NSDAP) ilə qurulmuşdu. Bu seçkilərdən sonra, 2 Fevral 1930-cu ildə Adolf Hitler: “Türinqiyada ən böyük uğuru qazandıq. Biz orada çox önəmli bir funksiya daşıyırıq. İndiyə qədər hökumət qurmuş partiyalar bizim dəstəyimiz olmadan çoxluq qazana bilmirlər”, demişdi.

Təxminən 100 il sonra Türinqiya əyalətindəki seçkilər nəticəsində, sağçı partiya AfD-in siyasi balansı təyin edəcək qədər güclənib və II Dünya Müharibəsindən sonra ilk dəfə dövlət hakimiyyətinin qurulmasında radikal sağçı bir partiya söz sahibi olub.

100 il sonra təkrarlanan bu hadisə alman cəmiyyətində bir xaos mühiti yaratsa da, Marksın bu sözlərini xatırlamaq lazımdır: “Hegel deyib ki, dünya tarixindəki bütün böyük həqiqətlər və insanlar iki dəfə meydana çıxır. Lakin əlavə etməyi unudub ki, bunlardan biri faciə, digəri isə komediya kimi ortaya çıxır”.

Türinqen əyalətində keçirilən yerli seçkilər Almaniyada uzun müddətdir ki, davam edən parlamentarizm komediyasını açıq şəkildə ortaya qoyub. Bir əsr əvvəl zəif alman demokratiyası yaratmış Veymar konstitusiyasına güvənərək Hitlerin parlament sistemində yüksəlişinin qarşısının alınacağını düşünən liberal demokratların bu gün hələ də eyni mövqedən çıxış etməsi komediyanı faciəyə çevirir.

Türinqiyada yıxılan siyasi tabular

“Die Linke” (Sol Partiya) Türinqiya əyalət seçkilərində ən çox səs toplayarkən, AfD ikinci partiya seçilmişdi. Almaniyadakı Federal hökumətin böyük ortağı və Merkelin partiyası olan CDU (Xristian Demokratik Birliyi) üçüncü, koalisiya ortağı SPD isə dördüncü olmuşdu.

Türinqiya əyalətindəki seçki böhranı oktyabrın sonunda keçirilən parlament seçkilərindən sonra hökumətin qurulmaması nəticəsində başlamışdı. Əvvəlki dönəmin Baş naziri və Sol Partiyanın nümayəndəsi Bodo Ramelov Sosial Demokrat Partiyası (SPD) və Yaşıllar Partiyası ilə azlıq hökuməti qurmaq üçün bir razılaşma əldə edib və parlament seçkilərinə prestijli şəkildə daxil olub. Rameolov ilk iki turda çoxluq əldə edə bilməsə də, konvensiyaya əsasən, üçüncü turda çoxluğu qazanaraq seçiləcəyinə şübhə yox idi.

Bununla birlikdə, Türinqiya Parlamentinin ən kiçik qrupunu təşkil edən və 5% həddini aşaraq cəmi 5 yer qazanan Azad Demokratik Partiyanın (FDP) namizədi Tomas Kemmerix 1 səs fərqi ilə rəhbər seçilib. Dövlətdəki ən kiçik partiya liderinin prezident seçilməsi demokratiya sülh kimi qeyd edilə bilərdi. Lakin Kemmerixin sağçı AfD partiyasının dəstəyi ilə sədr olması alman siyasətində zəlzələ effekti yaradıb.

Almaniyadakı bütün mərkəzçi və mühafizəkar partiyalar prinsipcə AfD ilə heç bir siyasi ittifaq yaratmamağa qərar veriblər və faktiki olaraq təcrid siyasəti parlament sistemi daxilində həyata keçirilib. Lakin Türinqiya əyalətində keçirilən seçkilərdə liberal partiya ilk dəfə AfD ilə ittifaq quraraq bu prinsipi pozub. Kiçik bir dövlətdəki böhranın “Avropa demokratiyası” böhranına çevrilməsinin səbəbi ən böyük partiya olan Merkelin partiyasının AfD ilə birlikdə hərəkət etməsi və bununla da Kemmerixin seçilməsini təmin etməsidir.

Federal Hökümətin Şərq Əyalətləri üzrə Hökumət Məmuru və CDU üzvü olan Kristian Hirte Türingiyadakı sağçı populist AfD-nin səsi ilə prezident seçilən Kemmerixi “mərkəzin namizədi” adlandıraraq Sol Partiya, SPD və Yaşıllardan ibarət bloku uğursuz etdiyi üçün onu Twitter-dən təbrik etmişdi.

Beləliklə, CDU-nun FDP ilə birgə AfD ilə bağladığı ittifaq geri dönülməz olub.

Federal hökumətin digər tərəfdaşları SPD və Xristian Sosial Birliyi (CSU) partiyasının CDU-ya dəstək verməsini qınadıqdan sonra, Merkel əvvəlcə Hirteni işdən çıxarıb və demokratiya naminə Türingiyada yenidən seçkilərin keçirilməli olduğunu bildirib.

Mərkəzin qaçınılmaz çöküşü

Türinqendə keçiriləcək yeni seçkilərin alman demokratiyasının “hörmətini” bərpa etməsi artıq qeyri-mümkün görünür. CDU bazasının və şərq əyalətlərindəki idarəçilərin Sol Partiyaya qarşı olan tərs münasibəti artıq ənənəvi hala çevrilib. Üstəlik, AfD-nin yeni seçkidə səslərini artırması ehtimalı da böyükdür. Bu halda, əsas məsələ mərkəzi media və koalisiya partiyasının müşavirlərinin Türingiya əyalətindəki siyasi böhranı Şərqi Almaniyanın tarixi və mədəni problemi kimi ələ almasıdır.

Bu yanaşmaya görə, Sol Partiya Şərqi Almaniyadakı kommunist ənənəsinə görə gücünü ciddi şəkildə qoruduğu halda, savadsız və kasıb insanlar miqrant və xarici düşmənçiliyi ilə bağlı təbliğatın təsirindən AfD-yə üz tutublar. Berlindəki siyasi elitaların öz ölkələrinin şərqindəki hadisələri, sanki Yaxın Şərq və ya Latın Amerikasının hər hansı bir ölkəsindəki siyasi vəziyyəti kimi qiymətləndirmələri olduqca diqqət çəkicidir. Şərq əyalətlərində başlayan bu yeni siyasi vəziyyətin tezliklə Berlini mühasirəyə alacağı dəqiqdir. Təbii ki, Berlindəki siyasətçilər də bu vəziyyətdən xəbərdardırlar.

Avropada yüksələn radikal sağa qarşı liberallar və demokratlar Almaniyanı Avropa demokratiyasının güclü qalası kimi göstərərək sistemin itirdiyi hörməti ört-basdır etməyə çalışırlar. Türingiyada liberalizmin yalançı örtüyü sarsılıb və bu da çaxnaşmaya səbəb olub. Tragikomik olan isə budur ki, Avropada parlamentin keçmişi ən zəif olan ölkə - Yunkerlərin Almaniyasından parlament ənənəsini qoruması gözlənilir.

İkinci Dünya Müharibəsindən əvvəl artıq mənasını və funksiyasını itirmiş parlament sistemi Berlin Divarı da yıxıldıqdan sonra xalqın iradəsini parlamentə gətirməkdən imtina edərək daha da acizləşmişdi. Son 30 ildə dağıdıcı neoliberal siyasət həyata keçirən kapitalizm ilk növbədə imperialist ölkələrdə əsl üzünü göstərməyə başlayıb. Bu gün Türingiya əyalətində ortaya çıxan siyasi mənzərə də bunun ilk sarsıntısıdır.

Mərkəzi sağın və solun zəifləməsi Sol Partiya və AfD kimi radikal cərəyanların yüksəlişini qaçınılmaz hala gətirib. AfD-in Almaniyanın ikinci mərkəzi olan Münhendə ikinci ən böyük partiyaya çevrilməsi, bu siyasi böhranın üstün “Şərqi Almaniyaya qayıdış” ifadəsi ilə keçilməməli olduğunun əyani sübutudur.

Alman dövlətinin kölgəsində AfD

Müzakirə edilməli olan ən vacib məqam Türingiyada CDU, FDP və AfD-in yan-yana gəlməsini təsadüf hesab edən yanaşmalardır. Türinqiyada alman “dərin dövləti” müəyyən mənada cəmiyyətin sinirlərini ölçüb. Məqsəd, alman cəmiyyətinin AfD-nin digər sağ partiyalarla ittifaqına necə reaksiya verəcəyini görərək cəmiyyəti bu sağ bloka hazırlamaqdır.

“Die Tageszeitung” qəzeti Sol PartiyaSol Partiya başçısının seçilməsinin qarşısını almaq üçün oynanan oyunun arxasında bir plan olduğunu yazıb:

“Ətrafda gəzən iddialara görə, CDU-nın ən mühafizəkar qanadı olan Dəyərlər Birliyi (Werte-Union) Türinqiyadakı çevrilişi son detalına qədər diqqətlə planlaşdırıb. Məqsədləri Baş nazir Merkel ilə CDU lideri və Müdafiə naziri olan Anneqret Kramp-Karrenbauerin vəzifəsindən kənarlaşdırılmasıdır. Əks halda Fridrix Merzin (rəqibləri) dünən beynəlxalq maliyyə nəhəngi olan “BlackRock”dkıa nəzarət şurası vəzifəsindən ayrılacağını açıqlaması və partiyası CDU-nun yenilənmə prosesində daha fəal olacağını elan etməsi təsadüfi deyildi”.

Qəzetin bu iddiasını dolayı yolla dəstəkləyən digər bir hadisə isə Merkelin vəzifəsindən ayrıldıqdan sonra namizəd kimi göstərdiyi və hazırda Müdafiə naziri olan Anneqret Kramp-Karrenbauerin partiyanın rəhbərliyinə namizəd olmayacağını açıqlamasıdır. Kramp-Karrenbauerinaçıqlamasında diqqəti çəkən məqam isə partiyadakı bəzi qrupların AfD və Sol Partiya ilə açıqlanmamış əlaqələri olduğunu deməsi və bu iki partiya ilə iş birliyinə açıq şəkildə qarşı çıxmasıdır.

Alman dövlətçiliyi mərkəzi sağ və sol partiyalar dağılarkən kütlələrin 1933-cü il seçkilərindən əvvəl olduğu kimi radikal sola keçməsi ilə, sözsüz ki, razılaşmayacaq. Liberalların və demokratların qəbul edə bilmədiyi həqiqət isə odur ki, CDU kimi mərkəzi sağ partiyalar güclərini itirərkən nə Yaşıllar kimi liberal solla, nə də Sol Partiya kimi bir radikalla ittifaqa girməyəcək.

Keçən il Drezden əyalətinin Polis Təşkilatı nəzdindəki Xaricilər Bölməsi rəisinin Drezdendəki AfD mitinqində iştirak etməsi, son aylarda ordu daxilində konstitusiyaya qarşı təşkilatlanan 30 rütbəli əsgərin Daxili İşlər naziri tərəfindən təsbit edilib kənarlaşdırılması və indi də Türingiyadakı seçkilərdə AfD-nin siyasi təcridi pozması faktları ortaya çıxıb.

Şübhəsiz, AfD-ni Hitlerin birbaşa və tarixi davamı hesab etmək elmilikdən uzaqlaşmaq və yeni vəziyyəti düzgün təhlil etməmək deməkdir. Lakin bürokratiyada və ordudakı alman dövlətçiliyi dünən olduğu kimi bu gün də sistemin canlı qalması üçün siyasəti yenidən inşa edəcək və Almaniyanın liberal demokratları yenə radikal sağın tərəfinə keçəcəklər.

Əgər coğrafiya taledirsə, bu, cəmiyyəti dəyişdirəcək iradəsi olmayanlar üçündür. Bu siyasi proqnozlar baş tutsa, beynəlxalq kapitalla bağlı olan bu radikal sağ meyillərin daha aqressiv imperialist siyasətlərlə Asiyaya yönəlməsi qaçınılmazdır.

Bu mənada, AfD-dən avrasiyaçılıq gözləyənlərin ümidi Veymar konstitusiyasının demokratiyanı qoruyacağına inanan liberalların ümidi qədər faciəvidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar