Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yardımlının DOST iş mərkəzində dövlət vəsaitləri mənimsənilir - Başçı və müavini tərəfindən...

Yardımlıının icra başçısı Ayaz Əsgərovun və müavini Mahir Mirzəyevin DOST iş layihəsi vasitəsi ilə hər ay 25-30 min manatdan çox büdcə vəsaitini mənimsədiyi iddia olunur...

Prezident İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsi və vətəndaşları yeni iş yerləri ilə təmin edilməsi üçün yaratdığı DOST iş mərkəzləri ilə bağlı acınacaqlı məlumatlar gəlməkdə davam edir. Bu məlumatlara əsasən rayon icra hakimiyyətləri tərəfindən DOST iş mərkəzində yüzlərlə şəxsin adının işçi kimi yazılaraq ay ərzində on minlərlə vəsaitin mənimsənilməsi ilə bağlıdır.

PİA.az a daxil oıan məlumata götə Yardımlıda DOST iş mərkəzində böyük maxinasiyalar həyata keçirilir. Rayondan saytımıza verilən məlumatda iddia edilir icra başçısı Ayaz Əsgərov DOST iş mərkəzinə işə götürülən işçilərə "nəzarəti" müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Mirzəyevə həvalə edib. Öz növbəsində Mahir Mirzəyev də bütün yaxın uzaq qohumlarını "işlə" təmin edib.

Rayon sakinləri iddia edirlər ki, onlarla yaxının adını DOST iş mərkəzində siyahıya saldıran Mahir Mirzəyev onların maaşını da özünə götürür. Qeyd edilir ki, bu yolla Yardımlının icra başçısı və müavini plastik hər ay 25-30 min manatdan çox büdcə vəsaitini mənimsəyirlər.

PİA.az -a daxil məlumatda qeyd edilir ki, Ağstafanın icra başçısının həbs edilməsindən sonra qorxiya düşən Mahir Mirzəyev işçi kartlarını seyfindən çıxardaraq bir hissəsini Yardımlı rayon Məşğulluq idarəsi müdirinə, bir hissəsini isə sürcüsünə verib. Başçı müavini kartlardakı pulların bir hissəsini Masallı rayonundan və Bakı şəhərindən çıxartmağa başlayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edir. Fərmana görə, bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar