Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK-nın qərarından sonra Razi Nurullayevin önünə keçən Murad Fərzəliyev kimdir?

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 79 saylı İmişli seçki dairəsindən 5 seçki məntəqəsi - 14, 16, 21, 23 və 25 saylı məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilib...

Yeniavaz.com-un hesablamalarına əsasən, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələri ləğv olunduqdan sonra Razi Nurullayevin səsləri 2018-ə düşüb. Murad Fərzəliyevin səsləri isə 2367 olub.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Murad Fərzəliyev 22 avqust 1963-cü ildə İmişli rayonunda anadan olub. M.Ə.Rəsulzadə adına Bakı Dövlət Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb.

1993-cü ildən 2001-ci ilədək İmişli rayonunun ictimai-siyasi mətbuat orqanı olan "Xalq sözü” qəzetinin baş redaktoru olub.

Şəhər Sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. "Şücaət” hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri olub. Sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş "Onlar bizimlə yaşıd idi…” xüsusi buraxılışının müəllifidir.

İmişli Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilib.

2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir.

MOK-un rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası” qəzetinin baş redaktorudur.

Olimpnews.az saytının təsisçisidir. Jurnalistika sahəsində 1989-ci ildən fəaliyyətə başlayıb.

Milli Olimpiya Komitəsi tərəfindən çap edilmiş Azərbaycanda idmanın və Olimpiya Hərəkatının tarixi ilə bağlı ensiklopedik kitabın redaksiya heyətinin, MOK-un və Ədalətli Oyunlar Komissiyasının üzvüdür.

Dəfələrlə yay və qış Olimpiya oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında, Gənclərin Yay Olimpiya, İslam Həmrəyliyi və II Avropa oyunlarında, eyni zamanda Olimpizm və idmanla bağlı beynəlxalq tədbirlərdə nümayəndə heyətinin tərkibində ölkəmizi jurnalist kimi təmsil edib.

Elmi iş üzərində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüdür.

Murad Fərzəliyev bədii yaradıcılıqla məşğul olur, "Bir az gecikəndə” adlı şeirlər kitabının müəllifidir. Bir şeri orta məktəb dərsliyinə salınıb. Şeirləri Türkiyədə nəşr olunan "Avrasiya şairlərinin antologiyası” kitabında dərc edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Rəhbərlik etdiyi "Olimpiya dünyası" qəzeti dəfələrlə ilin idman nəşri elan olunmuş, İspaniyada "Nüfuza və keyfiyyətə görə" beynəlxalq mükafata layiq görülmüşdür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar