Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bu xəstəxanada bir gecədə iki uşaq öldü

Bakıda 18-dən 19-na keçən gecə iki körpə xəstəxanada ölüb...

Bu barədə BAKU.WS-ə vətəndaşlar bildiriblər.

Çoxsaylı müraciətlərdə qeyd edilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) iki uşaq vəfat edib.

Qeyd olunur ki, ölkədə uşaqlar arasında xəstəliklər yayılıb. Həmin uşaqlar da bu xəstəliyə tutulubmuşlar və ondan ölüblər.

Məsələyə aydınlıq gətirmək üçün Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əlaqə saxladıq.

Xəstəxanadan BAKU.WS-ə bildirdilər ki, həqiqətən də, 18-19 fevral 2020 tarixlərində iki xəstə yenidoğulan körpə vəfat edib.

Belə ki, 14 günlük uşaq 7 fevralda 5 saylı doğum evindən gətirilib:

“Ona bətndaxili infeksiya, pnevmoniya, periventrikulyar və subkortikal leykomalyasiya, yayılmış damardaxili laxtalanma sindromu diaqnozu qoyulub.

İkinci uşaq isə bir aylıq olub. O, 17 fervalda Balakən rayon sakini Bakı şəhəri 2 saylı uşaq poliklinikasının göndərişi ilə daxil olub.

Uşağın diaqnozu - bətndaxili infeksiya, fetal hepatit, hepatosplenomeqaliya, NEK, yayılmış damardaxili laxtalanma sindromu olub.

Uşaqların ümumi vəziyyətləri daxil olan andan çox ağır qiymətləndirilib.

Klinikada hərtərəfli müayinələrdən keçiblər. Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alırdılar”.

TƏBİB-dən verilən açıqlamada bir gecədə iki yenidoğulan xəstə körpənin vəfat etməsi xəbəri təsdiqlənib.

Ölkədə uşaqlar arasında xəstəlik yayılmasına gəlincə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev  açıqlamasında hazırda uşaqlar arasında mövsümi xəstəliklərin olduğunu bildirib.

“Bizim xəstəxanaya da müraciət edənlərin sayı artıb. Lakin burada elə də narahatedici məqam yoxdur. Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur.

Şükürlər olsun ki, koronavirus Azərbaycanda yoxdur. Bu, o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir”, - deyə Nəsib Quliyev bildirib.

Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:

“Valideynlərə məsləhətimiz odur ki, uşaqları havaya uyğun geyindirsinlər. Günəşli havada bir az nazik, soyuqda isti geyinsinlər. Uşaqların qidalanmasına fikir verməlidirlər. Ac halda uşaqları məktəbə, bağçaya göndərmək olmaz”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar