Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın sünnəti - İraq Kürdüstanında bu tayfa adəti hələ də çox yayğındır

Son illər İraq Kürdüstan Bölgəsində qadın sünnətinin, yəni genital bölgənin kəsilməsi halları xeyli azalsa belə, hələ də bu tayfa adəti yayğın olaraq qalır…

Gülbahar Altaş Erbil
“The Independent” qəzeti, 15 fevral 2020-ci il

Qadın sünnətinin qurbanları yaşadıqları çətinlikləri “Independent Türkçə”yə danışıblar.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNİCEF) 2016-cı il məlumatlarına görə, İndoneziya, İraq Kürdüstan bölgəsi, Yəmən və 27 Afrika ölkəsi də daxil olmaqla 30 ölkədə təxminən 200 milyona yaxın qadın qurban var. Bu hallara Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan mühacir əhalidə də rast gəlinir.

UNİCEF-in 2014-cü ildə apardığı araşdırmaya görə, İKB-də qadınların 58,5%-i sünnət edilibmiş. 2018 araşdırmasına görə is, 5 yaşdan 49 yaşa qədər olan qız və qadınların sünnət nisbəti 37,5%-ə enib.

Süleymaniyyə bölgəsində qurulan Almaniyanın WADİ təşkilatı 1993-cü ildə İordaniya və İsrail kimi ölkələrdə fəaliyyətə başlayıb və 2005-ci ildən bəri İraq və Kürdüstan bölgəsində aktiv şəkildə işləyir. WADİ-nin 2016-cı ildəki məlumatlarına görə, Süleymaniyyədəki qızların 60%-i və Ərbildə isə 2 min qız sünnət edilib. Dəhükdə isə bu hallara rast gəlinməyib. Təşkilatın fevralın 4-də yaydığı hesabata görə, Germiyanda 29, Ərbil və Dəhükdə 120, Süleymaniyyə və Raniyada 164 belə hadisə aşkarlanıb. Məruzədə, 2019-cu ildə Germiyanda heç bir qadın sünnəti hadisənin olmadığı, ancaq Ərbildə və Dəhükdə 161, Süleymaniyyə və Raniyada isə 162 sünnət hadisəsinin olduğu bildirilib.

2011-ci ildə təsdiqlənən qanunla Kürdüstan Bölgəsi Məclisində qadın sünnəti rəsmi olaraq qadağan edilib və qanuna əsasən bu cinayəti törədənlər 6 ildən 2 ilə qədər həbs cəzası cəzalandırılır və ya 4 ilə 8 min dollar arasında cərimə olunur.

Bundan əlavə, hökumətə bağlı 6 dövlət mərkəzi və Zorakılığa Qarşı İdarəetmə bölməsi də fəal işləyir.

Son 16 ildə bölgədə qadın sünnəti ilə bağlı ciddi araşdırmalar aparan WADİ-nin maarifləndirmə işləri nəticəsində bu dövrdə ciddi bir azalma olduğu qeyd edilsə də hələ də kürdlər arasında qadın sünnətinin yayğın olduğu bildirilir.

“Independent Türkcə”yə danışan 20 yaşlı ərbilli L.M. sünnət olunduğu günü unuda bilmədiyini və ötən il evləndiyini qeyd edib:

“Bu, çox dəhşətli bir gün idi. Bir il əvvəl evlənəndə ailəmin və ailədəki digər qadınların mənə və mənim kimi digər qızlara etdiyi pislikləri daha yaxşı başa düşdüm. Xoşbəxtlikdən, həyat yoldaşım cahil insan deyil. Bu hadisəyə görə məni daha yaxşı başa düşür. İArtıq qadın sünnəti tamamilə ortadan qalxmalıdır. Böyük bacımı da sünnət ediblər. Bacım mənim kimi şanslı deyildi. Əri bu vəziyyətə dözməyib bacımdan boşandı. Hələ 1 ildir evliyəm, bəlkə, mənim həyat yoldaşım da bir neçə ildən sonra narahat olduğunu etiraf edəcək”.

“Böyüklərin qurbanı olduq”

L.M.-nin anası K.S. da qızının yaşadıqlarından bəhs edib. O da anası və nənəsi tərəfindən bir evə aparılıb və orada yaşlı bir qadın tərəfindən sünnət edilib: “İndiki ağlım olsaydı, qızlarımın sünnət olunmasına heç vaxt icazə verməzdim. Mənim kimi bir çox analar öz analarından və qayınanalarından öyrəndiklərini qızlarına tətbiq edirlər. Bir çox analar ailədəki böyük qadınların təzyiqi ilə öz kiçik qızlarını sünnət edirlər. 3 qızımdan 2-si sünnət olunub. Kiçik qızımın 10 yaşı var və biz onu sünnət etmədik. Qızların sünnət edilməsinin qadağan olunduğu və edənlərin cəzalandırıldığı elan edildi. Ona görə biz də etmədik. Artıq böyüklərimiz də əvvəlki qədər söz sahibi deyillər. Biz o vaxt cahil və cəsarətsiz idik...”

“Digər bölgələrdəki kürdlərdə sünnət yoxdur”

8 yaşında nənəsinin təzyiqi ilə sünnət olunduğunu deyən 30 yaşlı, germiyanlı S. W. deyir: “Sünnət qadının həyatını məhv edən bir aktdır. Hazırda bir oğlum var. Əgər o, qız olsaydı, heç vaxt sünnət etməzdim. Sünnət olunan dostlarımın çoxunun həyat yoldaşları ilə problemləri var. Yəni boşanırlar. Təəssüf ki, kişiləri bizimlə empatiya qura bilmirlər. Ailələrimizin bir vaxtlar cahil qərarlar nəticəsində həyatımızı xarab etdiklərini başa düşə bilmirlər”.

“Bildiyimə görə, digər bölgədəki kürdlərdə qadınları sünnət etmək mədəniyyəti yoxdur. Yalnız bizim bölgəmizdə və Ərbilin bəzi yerlərində var”, deyən S.W. əlava edir: “Məktəbdə yoldaşlarımızla söhbət edərkən onlarda belə bir ənənə olmadığını öyrənmişdik. Onlar kürd idilər, amma bu ənənələrə sahib deyildilər. Sonra bu barədə daha çox düşünməyə başladım”.

“Əsl dram baş verir”

Kürdüstan Qadınlar Birliyinin baş katibi Viyan Süleyman ümumən qadın sünnətinin insan dramı olduğunu qeyd edib.

Dr. Viyan Süleyman bu vəziyyətin qadınlara olduğu qədər, ailələrə də təsir etdiyini qeyd edib:

“Həm hökumətimiz, həm də QHT-lər bu məsələnin tamamilə aradan qaldırılması üçün çox səy göstərirlər. Ümid edirəm ki, yaxın zamanda bu mövzu əhəmiyyətini itirəcək. Kürd mədəniyyətində olmayan bu vəziyyətə təəssüf ki, bəzi bölgələrdə hələ də rast gəlinir. Qadınlara qarşı zorakılığın bir hissəsi olan “sünnət”ə qarşı QHT-lərlə yanaşı, hökumətlə əlaqəli olan 6 qurumla aktiv şəkildə çalışırıq. Bu məsələnin həlli üçün daha çox səy göstərilməlidir”.

“Vəziyyət düşündüyünüzdən daha ciddidir”

Süleymaniyə Universitetinin müəllimi, psixoloq Dr. Daniel Səid deyir: “Bu hadisələr barədə danışılan zaman bəsit şəkildə “qadın sünnəti” deyilir. Lakin bu sözün özü dəhşətlidir. 7-8 və ya 10-12 yaş arası kiçik qızların bədənindən bir parça qoparılır. Bu uşaqlar, xüsusilə evlilik yaşına çatdıqda vəziyyətin travmatik olduğunu başa düşsələr də, bəzi qurbanlar əzablarını basdırmaq üçün daha ciddi psixoloji problemlərlə üz-üzə qalırlar”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar