Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqının Komissarı Azərbaycana gələcək - Foto

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb...

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə davam etdirilən danışıqların gedişatını müzakirə ediblər. Bu xüsusda, ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunulub.

Komissar O. Varheyli Aİ ilə Azərbaycan Respublikası arasında yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər razılaşdırılaraq tədbir zamanı paraflanması təklifini irəli sürüb.

Görüş zamanı Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparılıb.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə E.Məmmədyarov O.Varheylini Azərbaycana dəvət edib. Öz növbəsində Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı təklifi məmnuniyyətlə qəbul edib.

pia.az


Etiket: Oliver Varhey


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar