Bazar, 29 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İran xarici işlər naziri Cavad Zərifin ABŞ-la gizli görüşü üzə çıxdı

Ötən həftə Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında İranın xarici işlər naziri Cavad Zərif və ABŞ DemokratPartiyasının senatoru KrisMörfi arasında gizli görüş keçirilib...

Avropa.info xəbər verir ki, bu haqda ABŞ-ın “The Federalist” qəzeti məlumat yayıb.

Qəzet, ABŞ prezidenti Trampın Rusiya ilə gizli danışıqlarda ittiham edildiyini xatırladaraq, Kris Mörfi İran xarici işlər naziri ilə gizli görüşünün skandal olduğunu yazıb.

Senator Kris Mörfi ofisi mövzu ilə əlaqədar açıqlama verməkdən imtina edib.

Tramp və Corc Buşun xarici işlər üzrə keçmiş baş müşaviri Kristian Viton, demokrat senatorun İran xarici işlər naziri ilə gizli görüşünü tənqid edib.

"Xaricdə hər hansı bir siyasi görüş prezident və ya xarici işlər naziri tərəfindən icazə verilməyincə etik deyildir. Bu heç xoş deyil. İranlılarla danışmaq istəsək, onlar hansı qapıya gedəcəklərini bilirlər və vasitəçiyə ehtiyac duymazlar " - Kristian Viton belə deyib.

Xatırladaq ki, 2017-ci ilin fevral ayında Kris Mörfi, Rusiya ilə əlaqədə ittiham etdiyi ABŞ Milli Təhlükəsizlik müşaviri Maykl Flinn haqqında istintaq tələb etmişdi.

Bundan başqa Kris Mörfi ,Obama administrasiyasının imzaladığı nüvə anlaşması zamanı bəzi respublikaçı senatorların İran liderlərinə açıq mesajını da tənqid edirdi.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Cavad Zərif

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı - Video

İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İbrahim Məmmədov: "Sərhədlərin tam bağlanması müzakirə olunur"

Ölüm qapının astanasındadır - Zarafat zamanı deyil!

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - Yenilənib, Video, Fotolar

Bakıya qaçış: 50 manata baqajda postu keçdilər - Foto

loading...

Ən çox oxunanalar