Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin oxşarı ilə bağlı suala cavab verdi

Artıq 10 ildən çoxdur Rusiya prezidenti Vladimir Putinin oxşarının olması barədə mediada mütəmadi olaraq məlumatlar çıxır...

Bəziləri hətta oxşarın bir deyil, altı olduğunu söyləyirlər. “Sui-qəsd nəzəriyyələrini sevənlər”in fikrincə bu dublyorların hər birinin öz üstün cəhəti var: birinin nitq qabiliyyəti, digərinin fiziki göstəriciləri yaxşıdır...

Sonunda deyəsən bu şübhələrə son qoyulacaq. Belə ki, Vladimir Putin hakimiyyətdə qalmasının 20 illiyi münasibətilə TASS-ın 20 sualını cavablandırıb. 

Sualları jurnalist Andrey Vandenko ünvanlayıb. Putin “Vladimir Zelenski ilə razılaşmaq olarmı”, “Dmitri Medvedevin baş nazirlikdən istefası barədə kimsə məlumatlı olubmu” kimi sualları cavablandırmaqla yanaşı, özünün oxşarları barədə şübhələrə də nöqtə qoyub. Müsahibə iki gündən sonra agentliyin “YouTube” kanalında yayımlanacaq.

Qeyd edək ki, Putinin oxşarı haqqında şayiələr 2012-ci ildən internetdə yayılmağa başlayıb. Keçən ilin may ayında jurnalist Aleksandr Sotnik Rusiya liderinin “artıq fiziki olaraq həyatda olmadığını” iddia edib və onun əvəzinə insanlara sonsuz sayda olan oxşarlarını göstərdiklərini deyib.

Dünya tarixinə baxdıqda görərik ki, nüfuzlu siyasətçilər bəzən özlərinə oxşayan insanlardan istifadə edirlər. “Sui-qəsd nəzəriyyələrini sevənlər”in arqumentlərindən biri də Putinin hər şeyə vaxt çatdırmasıdır: iclas keçirir, qanun imzalayır və xarici liderlərlə görüşür. Belə təəssürat yaranır ki, o, demək olar yatmır.

pia.az


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar