Çərşənbə, 08 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

MSK daha iki məntəqənin nəticəsini etibarsız saydı - Yenilənib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən Elşad Musayev və digər namizədlərin müraciətinə baxılıb...

PİA.az xəbər verir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər öz təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır. Məhz bu səbəbdən həmin seçki məntəqələrinin nəticələri etibarsız hesab edilib.Onun sözlərinə görə, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib: “Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, sayın komissiya üzvləri tərəfindən süni şəkildə artırıldığı, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar öz təsdiqini tapmayıb. Ona görə də DSK-nın qərarının qüvvədə saxlanılmasını təklif edirəm”.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Fikrət Cəfərli və digərlərinin müraciətinə baxılıb.

PİA.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, müraciət edən şəxslər seçkinin nəticələrinin etibarsız sayılmasını tələb ediblər: “Araşdırma üç istiqamətdə davam etdirilib. Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində seçkilərin iradəsini müəyyən etməyən hallar baş verib. Bu da həmin məntəqələr üzrə nəticələrin etibarsız sayılmasına şərait yaradır”.

İclasda həmin dairənin üç seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. (Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: MSK


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Yeni dünya düzəni indikindən daha pis olacaq -Politoloq...

Sabiq nazir Heydər Əsədovun özünə və ailə üzvlərinə məxsus sərvət üzə çıxıb - Sənəd

Cəza sərtləşdirildi: Karantin rejimini pozanları 3 ilədək həbs gözləyir - Video

SSRİ-də qara çiçək epidemiyası cəmi 19 günə necə dəf edilib? - Tarixi fakt

Yeni funksiyalar işə düşdü – Evdən çıxmaq istəyənlərin nəzərinə - Video

Kissincerin pandemiya və dünya nizamı haqqında düşüncələri...

Koronavirus Qərb sisteminə olan inamı sarsıtdı...

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

Şagirdi ilə intim münasibətdə olan 59 yaşlı müəllim həbs edildi

Bu şəxslərin icazəsi ləğv ediləcək – Sərt qərar

loading...

Ən çox oxunanalar