Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Onlar halal səslərimi saxtalaşdırıblar" - Ləman Ələşrəfqızı

"Dünəndən sükut içində baxıram. "Real TV"-dən getməyimizi manşetə daşıyanlar, bununla da gündəmi dəyişməyə çalışanlar kaş mənim namizəd olduğum 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin ləğvi məsələsini də belə həvəslə gündəmə gətirəydilər. Amma etmirlər!"...

Bnu "Real TV"-nin keçmiş əməkdaşı, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini irəli sürən Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında deyib. Jurnalistin həmkarlarından gileyini də gizlətməyib:

"Maraqlıdır, Prezidentə etdiyim müraciəti əsas xəbər saytları görməzdən gəldi. Ölkənin ictimai-siyasi həyatına nüfuz edən ayrı-ayrı şəxslər - hansı ki, sosial şəbəkədəki statusları ilə çox ciddi təsir imkanlarına malikdirlər - onlar da bu dairəni dilə gətirmək istəmirlər".

Ləman Ələşrəfqızı namizədi olduğu dairə ilə bağlı şikayətini yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də qeyd edib:

"Sabah 117 saylı dairənin qərarından şikayətimi MSK-ya ünvanlayacam. Artıq sənədlərimi hazırlayıram. MSK nə deyəcək? O da susacaq? Axı o videoların içində mənim səlahiyyətli nümayəndəmə təsir göstərən ayrı-ayrı vəzifə sahiblərinin adı keçir?! Onlar mənim halal səslərimi Naxçıvanlının (qeyd: 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini irəli sürən Aqiyə Naxçıvanlı) xeyrinə saxtalaşdırıblar...

Bir məntəqədə 301 səsi 185-ə endiriblər! O zaman necə olur ki, Əlinin, vəlinin, pirvəlinin dairəsi ləğv olunur, bu olunmur? Məhz bu cür deputatlar, yarıtmaz icra məmurları ucbatından əhali ilə dövlət arasında nə boyda bir uçurum var, fərqindəsizmi? Şəxsən mən o uçurumu təşviqatım dönəmində aradan qaldıra bildim.

Ən radikal seçicim ən sonunda mənə könüllü müşahidəçi durdu, çıxışlarımı alqışladı, dövlətimi, Prezidentimi alqışladı. Nəticəsi? Nəticəsi 10 il o deputat kürsüsündə oturan, saxtakarlığı həyat kredosu seçən, Azərbaycanın təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri saxta seçkilərlə də sənin halal haqqına girdi. Hamı da susub durur. Çünki, bunlar bərk qozdular, sındırmaq müşkül məsələdir. Bəs mənim seçicilərimin sındırılan iradəsi? Bəs bu dövlətlə vətəndaş arasına girən çürümüş ideologiya daşıyıcıları? Niyə təzyiqlə, təsirlə birini ləğv edirsiz, o birini yox? Necə anlayaq bunu, necə başa düşək?", - deyə, Ləman Ələşrəfqızı əlavə edib.

Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. L.Ələşrəfqızı ilə birgə həmkarı Afət Telmanqızı və İlqar Mikayıloğlu da "Real TV"-dən çıxarılıb.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar