Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus və kriptovalyuta arasında hansı əlaqə var?

Koronavirus kimi təhlükəli keçici xəstəlikər pul əskinasları vasitəsi ilə ötürülə bilərmi və dünya iqtisadiyyatının ayrı-ayrı sahələrinə ciddi şəkildə ziyan vuran bu viurusun yayılması kriptovalyutanın tətbiqinin sürətləndirilməsi üçün ortaya atıla bilərmi?..

İqtisadçı-ekspert: “Koronavirus xəstəliyinin yayılması kriptovalyutanın təbiqinin sürətləndirilməsi məqsədini daşıya bilməz”.

“Müəyyən məbləğdə pulun yandırılması o demək deyil ki, həmin pulların həcmi azalacaq. Bunun bir-biri ilə heç bir bağlılığı yoxdur”.

Bu sözləri iqtisadçı-ekspert Toğrul Maşallı koronavirus xəstəliyinin yayılmasının kriptovalyutanın təbiqinin sürətləndirilməsi ilə əlaqəsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən TV-lərin birində deyilirdi ki, koronavirus xəstəliyinə yoluxmanın qarşısını almaq üçün milyon dollarlarla əskinas məhv edilib. Ona görə də kağız əskinas əvəzinə kriptovalyutaların tətbiqinin miyqası genişləndirilə bilər. Bu məsələ bəzi ölkələrin maliyyə qurumları tərəfindən nəzərdə tutulur. Maraqlıdır, koronavirus kimi təhlükəli keçici xəstəlikər pul əskinasları vasitəsi ilə ötürülə bilərmi və dünya iqtisadiyyatının ayrı-ayrı sahələrinə ciddi şəkildə ziyan vuran bu viurusun yayılması kriptovalyutanın tətbiqinin sürətləndirilməsi üçün ortaya atıla bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Toğrul Maşallı ilə müzakirə edib.

Toğrul Maşallı: “Koronavirus xəstəliyinə yoluxmanın qarşısını almaq üçün milyon dollarlarla əskinasın məhv edilməsinin real iqtisadiyyata heç bir dəxli yoxdur”.

Əskinaslar vasitəsi ilə heç bir virusun keçmədiyini vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, pul kütləsinin yandırılması da heç bir halda real iqtisadiyyata təsir edə bilməz:

“Koronavirus xəstəliyinin yayılması kriptovalyutanın tətbiqinin sürətləndirilməsi məqsədini daşıya bilməz. Məlumdur ki, hansısa xəstəliklə mübarizə aparmaq üçün bir çox üsullardan istifadə edilir. Xüsusən də virusun qarşısını almaq üçün malları yanıdırlar və s. Amma koronavirus xəstəliyinə yoluxmanın qarşısını almaq üçün milyon dollarlarla əskinasın məhv edilməsinin real iqtisadiyyata heç bir dəxli yoxdur.

Həmçinin bəllidir ki, əskinaslar vasitəsi ilə heç bir virus başqasına ötürülmür. O da məlumdur ki, pul kütləsinin yandırılması heç bir halda real iqtisadiyyata təsir edə bilməz. Müəyyən məbləğdə pulun yandırılması o demək deyil ki, həmin pulların həcmi azalacaq. Bunun bir-biri ilə heç bir bağlılığı yoxdur”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar