Satıcılar vəziyyətin daha da pisləşəcəyini deyir...
Bir çox ölkə kimi Türkiyə də koronavirus epidemiyası ilə əlaqədar Çindən bəzi ərzaq məhsullarının idxalına məhdudiyyət qoyub.
"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, bu da bir çox ərzaq məhsullarının qiymətinin artmasına, hətta qıtlığa gətirib çıxarıb. Bu məhsullardan biri də günəbaxan tumudur.
Hazırda günəbaxan tumunun qiyməti 20 lirəyə (6 manata yaxın) çatıb. Satıcıların sözlərinə görə belə davam edərsə, qiymət 40 lirəyə (təxminən,11 manat) qalxacaq.Əllərindəki ehtiyat məhsulun tükənməyə başladığını bildirən sahibkarlar isə qeyd edirlər ki, 15 gün sonra günəbaxan tumu tapmaq qeyri-mümkün olacaq.
pia.az