Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib...
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər Qax sakini - 1990-cı il təvəllüdlü İmran Süleymanov,1985-ci il təvəllüdlü Elnur Zəkiyev və Rövşən Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
pia.az