Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Söyüşkən, tərbiyəsiz bir gənclik seqmenti yarandı..." – Etibar Əliyev

"Aldığım dəstək mənim deputat seçilməm ilə məntiqi sonluğa gəlib çatdı"...

Bu sözləri təhsil eksperti, 31 saylı Suraxanı ikinci seçki dairəsinin qalibi elan edilən Etibar Əliyev bildirib.

O qeyd edib ki, qalib gəlməsi cəmiyyətdəki nüfuzu və dairədə kifayər qədər tanınması ilə bağlıdır: "Məni ölkədə maarifçi, kitab təbliğatçısı, təhsil və elm sahəsində ekspert kimi tanıyırlar. 10-dan çox kitabın müəllifiyəm. İntensiv olaraq ölkə mətbuatında cəmiyyətimizi narahat edən məslələri gündəmə gətirirəm. 25 illik təhsil və elm sahəsində ekspert kimi fəaliyyətim ölkənin ictimai-siyasi həyatında iştirakıma şərait yaradıb.

Qərara gəldim ki, növbədənkənar parlament seçkilərində iştirak edim. Və namizədliyimi 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürdüm.

30 ildən çoxdur Qaraçuxurda yaşayıram. Elim, obam, qohum-əqrabam hamısı burda məskunlaşıb. Üstəlik Milli Elmlər Akademiyası, universitetlərdə çalışan və Yeni Günəşli qəsəbəsində yaşayan alim və müəllimlər kollektivi".

Etibar Əliyev saxtakarlıqda ittiham olunmasını əsassız sayır: "Qaragürhçuların bir qismi məni əqidəmi dəyişməkdə, ona qarşı saxtakarlıq etməkdə suçlayır. Diqqət edin: mən heç bir siyasi partiyanın üzvü deyiləm. Mənim əqidəm maarifçilikdir. Əqidəmə həmişə sadiqəm. Həmin əqidyəyə uyğun olaraq da fəaliyyətimi davam etdirirəm.

Təkrar edirəm: Qaraçuxur qəsəbəsində yaşamağım, apardığım təbliğat və cəmiyyətdəki ictimai nüfuzum qələbəmi qaçılmaz etdi. Bunu namizədlərin bir neçəsi də etiraf edir. Məni ziyalı kimi düşündürən həm də başqa məsələdir. Necə oldu ki, müəyyən zaman kəsiyində inkarçı, söyüşkən, tərbiyəsiz bir gənclik seqmenti yarandı. Necə oldu ki, bunlar bizim diqqətimizdən yayındı və artıq onlar təhlükəyə çevriliblər. Onların yeganə amalı özləri kimi fikirləşməyənləri və davranış nümayiş etdirməyənləri mənəvi terror etməkdir. Filosoflardan birinin fikridir: "Texnologiyaların inkişafı insan mənəviyyatını tamamlamasa böyük təlatümlər yarancaq." Bəli biz də həmin təlatümlərin astanasındayıq.

Hər hansı bir təhqir şantaj və böhtan kampaniyasına qarşı maarifçilik yolu ilə və hüquqi müstəvidə mübarizəmizi aparacağıq".(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar