Bazar, 29 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tovuz "Mero"sunda sürücülük vəsiqəsi 1100 manata satılır - Şikayət var

Tovuz rayonunda 10 saylı rayonlar arası qeydiyyat-imtahan şöbəsində sürücülük vəsiqəsini 1100 manata satırlar...

Tovuz rayonunda 10 saylı rayonlar arası qeydiyyat-imtahan şöbəsində sürücülük vəsiqəsini 1100 manata satırlar, bu barədə Anews.az-a göndərdiyi şikayət məktubunda Gəbədəy rayon Arıqıran kəndi sakini Elvin İsgəndərov bildirir.

E. İsgəndərov sözlərinə görə, 2020-ci ilin yanvarında sürücülük vəsiqəsi almaq üçün Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə yaxınlaşıb və 1100 manata sürücülük vəsiqəsi alıb. "İdarəyə daxil olduqda məndən nə üçün gəldiyimi soruşdular. Bildirdim ki, sürücülük vəsiqəsi almaq üçün gəlmişəm. İdarənin əməkdaşlarından biri məni bayıra çıxmağı məsləhət gördü və dedi ki, sənə yaxınlaşan olacaq onunla danışarsan. Bayıra çıxdıqda mənə bir nəfər yaxınlaşdı. Ünsiyyət zamanı bildim ki, adı Elmandır. Maklerlik edir. Elman mənə dedi ki, sürücülük vəsiqəsi 1100 manatdır. Bir neçə günə sürücülük vəsiqən hazır olacaq gəlib götürərsən. Nəticə dediyi kimi də oldu. 2020-ci il fevralın əvvəli idi. Mənə sürücülük vəsiqəsini verdilər”.

E. İsgəndərov bildirir ki, 1100 manatı verməsinə baxmayaraq sürücülük vəsiqəsinin dövlət rüsumunu əlavə olaraq banka özü ödəyib. "Elman məndən 1100 manatı aldıqdan sonra sürücülük vəsiqəsi üçün nəzərdə tutulan dövlət rüsumlarını da əlavə olaraq banka ödədim. Sürücülük vəsiqəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova şikayət məktubu yazdım. Həmin idarədə rüşvətin qarşısının alınmasını və məndən alınan 1100 manatı geri qaytarmağı tələb edirəm”.

Məsələ ilə bağlı Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Çoxsaylı zənglərimizə cavab verən olmadı.

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda koronavirusdan ölənlərin dəfn qaydası açıqlandı - Video

İbrahim Məmmədov: "Sərhədlərin tam bağlanması müzakirə olunur"

Bu bölgəmizdə koronavirus yoxdur - Rəsmi açıqlama

Hökumət koronavirusa görə ailələrə yardım edəcəyi tarixi açıqladı - Rəsmi

Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib

Koronavirusun ən çox yayıldığı ölkələrin adları açıqlandı - Siyahı

“Ölmək istəyirsinizsə, boğazınıza kəndir salın” - Xalq artisti od püskürdü - Foto

Koronavirusa görə vətəndaşlara 250 manat yardım olunacaq? — Açıqlama

loading...

Ən çox oxunanalar