Bazar, 29 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Hakimlə Elmar Vəliyev qohum imiş...

Hakim Natiq Əliyevin Elmar Vəliyevin qohumu olduğu üzə çıxdı...

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsiylə bağlı cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz edilir. Bu məsələni fevralın 17-də məhkəmədə vəkillər qaldırıb.

Sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev və daha iki hakimi - Məhəmməd Bağırov və Nural Əliyev baxır. Vəkil Nazim Musayev vəsatət verib ki, bu işə N.Əliyev baxa bilməz, hətta ümumiyyətlə, bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıla bilməz.

Vəkil bu fikrini məhkəmədə belə əsaslandırıb: "Məhkəmənin hazırlıq iclasından sonra məlum oldu ki, hakim Natiq Əliyevlə Elmar Vəliyev qohumdurlar. Bu barədə çox güman ki, məhkəmə tərkibindəki digər hakimlər də məlumatlıdır. Lakin məhkəmənin hazırlıq iclasında nə sədrlik edən Natiq Əliyev, nə də digər hakimlər bu məsələyə münasibət bildirmədi. Bununla da faktiki prosessual pozuntuya yol verdilər".

N.Musayevin iddiasına görə, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Vəkil deyib ki, N.Əliyev özü olmasa belə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin digər hakimləri də bu işə baxa bilməz. Çünki məhkəmənin sədri N.Əliyevdir, digər hakimlər onun tabeliyində işləyirlər.

Məhkəmə sədrinin sabiq icra başçısının qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qudasının qardaşı (gəlininin dayısı-red.) olduğu bildirilir.

Bundan başqa, bu cinayət işi üzrə təqsirləndirilən 12 nəfərdən ikisi - Ağa Sərxani və Anar Bağırov sağ deyil. Cinayət işinin materiallarında iddia olunur ki, onlar tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərdiklərinə görə öldürülüb. Hər ikisinə terrorçuluq, qəsdən adam öldürməyə cəhd və s. maddələrlə yanaşı, polisə müqavimət ittihamı da verilib. Vəkil deyib ki, onların hər ikisinin öldürülməsi Bakıda baş verib: "Cinayət işində bəhs olunan cinayət epizodlarının sonuncusu Bakıda olduğuna görə, işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır".

Təqsirləndirilən şəxslər də, vəkil həmkarları da N.Musayevlə razılaşıb. Buna prokuror da etiraz etməyib. Deyib ki, vəkilin etirazı Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin və harada baxılması məsələsinə qərar verilsin.

N.Əliyevin özü isə Vəliyevlərlə qohumluq məsələsinə münasibət bildirməyib. O və digər iki hakim qərara alıblar ki, vəkilin etirazı baxılıb qərar verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfəri şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar. Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsiylə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub. (azadliq.org)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı - Video

İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İbrahim Məmmədov: "Sərhədlərin tam bağlanması müzakirə olunur"

Ölüm qapının astanasındadır - Zarafat zamanı deyil!

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Bakıya qaçış: 50 manata baqajda postu keçdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - Yenilənib, Video, Fotolar

loading...

Ən çox oxunanalar