Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır

UEFA Çempionlar Liqasında (ÇL) iki aylıq fasilə başa çatır...

Apasport.az saytının məlumatına görə, sabah pley-off mərhələsinə start veriləcək.

Fevralın 17-də və 18-də 1/8 final mərhələsinin ilk 4 oyunu keçiriləcək. Bu qarşılaşmalarda İngiltərə, İspaniya və Almaniyanın iki komandası meydana çıxacaq.

Çempionlar Liqasının son qalibi “Liverpul”u Madriddə çətin sınaq gözləyir. “Atletiko” hər nə qədər uğurlu mövsüm keçirməsə də, Dieqo Simeone, avrokubok təcrübəsi və mübarizlik amili ispanları ümidləndirir. Ancaq heyətlə bağlı ciddi problemlər argentinalı mütəxəssisi narahat etməyə bilməz. Müdafiəçi Kiran Trippier, yarımmüdafiəçi Ektor Errera sabah meydana çıxa bilməyəcəklər. Ancaq Joao Feliks və Dieqo Kostanın yoxluğu daha böyük problemə yol aça bilər. Zədədən əziyyət çəkən hər iki hücumçunun iştirakı sual altındadır. Bu baxımdan “Liverpul”da hər şey qaydasındadır. Yalnız Xerdan Şakiri olmayacaq ki, o da əsas heyət üzvü deyil. Premyer Liqada rəqibləri üçün əlçatmaz görünən “qırmızılar” artıq tamamilə ÇL-ə köklənə bilər. Meydandakı mübarizə ilə yanaşı, bu matçı iki çılğın baş məşqçinin dueli kimi də xarakterizə etmək olar.

Günün digər cütlüyünün favoriti də bəllidir. “Borussiya” – PSJ duelində ikincilər növbəti mərhələyə şanslı hesab edilirlər. Hər halda, daxili birincilikdəki nəticələr və heyət bu fikirləri təsdiqləyir. Baş məşqçi Tomas Tuxel sabah iki aparıcı futbolçu – müdafiəçi Presnel Kimpembe və hücumçu Neymarın xidmətindən yararlanmaya bilər. Ancaq parislilərdə onların boşluğunu dolduracaq kifayət qədər oyunçu var. Əvəzində almanların heyətlə bağlı problemləri mövcuddur. Yarımmüdafiəçilər Tomas Delani və Marko Roys ilk görüşü buraxacaqlar. Hətta digər orta sahə oyunçusu Yulian Brandtın da iştirakı sual altındadır. Ancaq Lusyen Favrenin yetirmələrinin son vaxtlar uğurlu çıxışı dortmundlu fanatları ümidləndirir. Xüsusən də, ilk gündən qolları sıralayan yeni transfer Erlinq Halandın güclü rəqib önündə performansı maraqla gözlənilir.

Fevralın 19-da azarkeşlər nisbətən orta səviyyəli komandaların görüşlərinə şahidlik edəcəklər. “Atalanta” ilə “Valensiya” arasında qarşılaşmalar gərgin mübarizə vəd edir. Hər iki komandanın daxili birincilikdəki nəticələri bir-birindən o qədər də fərqlənmir. “Atalanta” A seriyasında, “Valensiya” isə La Liqada ÇL-ə vəsiqə verən 4-cü yerə iddia edirlər. İtaliyalılar ölkə çempionatının son matçında “Roma”nı məğlub edibsə, “Valensiya” “Atletiko” ilə bərabərə qalıb. “Atalanta”dan fərqli olaraq, İspaniya təmsilçisində müəyyən problemlər var. Müdafiəçi Qabriel cəzalıdır. Digər müdafiəçi Kristiano Piççini və yarımmüdafiəçi Manu Valyexo isə zədə səbəbindən matçı buraxacaqlar. Ön xətt oyunçuları Kevin Qameyro ilə Denis Çerişevin də oynayıb-oynamayacağı hələ bəlli deyil.

Turnirin son finalçısı “Tottenhem”lə bu mərhələdəki rəqibi “Leypziq”in hazırkı durumu fərqlidir. Joze Mourinyonun gəlişindən sonra bir qədər toparlanan londonluların hazırda Premyer Liqada 4-cü yeri tutması belə şübhə altındadır. Buna baxmayaraq, komanda yarımmüdafiəçi Mussa Sissoko və hücumçu Harri Keynsiz müsbət nəticələr əldə etməyi bacarır. “Leypziq” isə Bundesliqada çempionluq uğrunda mübarizədə “Bavariya”nın əsas rəqibidir. Ancaq almanlar səfərə ciddi itkilərlə yollanacaqlar. Xüsusən də, müdafiə xəttindəki problemlər baş məşqçini Yulian Naqelsmannı çıxılmaz vəziyyətə salıb. Villi Orban və İbrahima Konate zədə, Dayot Upamekano isə cəza ucbatından meydanda olmayacaqlar. Həmçinin yarımmüdafiəçilər Tayler Adamsla Kevin Kampl da matçı buraxacaqlar. “Leypziq”in bu itkilərin fonunda Londondan hansı nəticə ilə dönəcəyi böyük maraqla gözlənilir.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
18 fevral
00:00. “Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. “Vanda Metropolitano”

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Dortmund. “Siqnal İduna Park”

19 fevral
00:00. “Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Milan. “San Siro”

00:00. “Tottenhem” (İngiltərə) – “Leypziq” (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
London. “Tottenhem” stadionu

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar