Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ETSN -nin departament direktoru  yarımmilyonluq yeyintidə ittiham olunur 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, bu qurumun sabiq baş mühasibi İlqar Hacıyev və daha üç nəfər yarım milyonluq yeyintidə suçlanır...

İddia olunur ki, bu departamentdə müxtəlif adamların adlarına maaş yazıblar. Əməkhaqqı maaş kartlarına köçürülüb. O kartlardakı pullar da mənimsənilib.

Bu yeyinti ittihamıyla suçlananların sayı 5 nəfər olsa da, onlardan ancaq biri – İlqar Hacıyev həbsdədir. Keçmiş departament rəhbəri və daha üç işçisi – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev haqqında məhkəmənin hökmünə qədər polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında iddia olunur ki, 27 nəfərin adına açılmış maaş kartlarına köçürülən pullar mənimsənilib. Söhbət ümumilikdə 451 min manatdan gedir. Sözügedən 27 nəfər də ara-sıra kənardan texniki xidmət göstərən, ştatda olmayan, işə yeni cəlb edilənlər olub.

Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də, həmin 27 nəfər də zərərçəkmiş qismində tanınıb. Hərçənd, adamların əksəriyyəti özünü zərərçəkən saymır. Məhkəməyə də ərizə veriblər ki, bu prosesdə iştirak etmək istəmirlər. O da məlum olub ki, adlarına yazılan maaşın bir hissəsi işçilərdən bəzilərinə nağd şəkildə zəhmət haqqı kimi ödənilib.

602 min manat tələb olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəymiş ziyanın ödənilməsi tələbiylə mülki iddia qaldırıb. Nazirlik mənimsənilən vəsaitlərin əvəzi olaraq təqsirləndirilən şəxslərdən 602 min manat tələb edir. Amma fevralın 17-də məhkəmədə hakim nazirliyin nümayəndəsinə izah edib ki, mülki iddiada tələb olunan məbləğ ittihamda göstərilən rəqəmdən çox ola bilməz. Yəni, bu adamlar 451 min manatı mənimsəməkdə suçlanırlarsa, onlardan 602 min manat tələb etmək olmaz.

Nazirliyin nümayəndəsi fevralın 19-na qədər mülki iddiada düzəliş edib, yenidən məhkəməyə təqdim etməlidir.

O da məlum olub ki, təqsirləndirilən şəxslərdən sabiq departament rəhbəri Əkbər Həsənov dəymiş ziyandan 300 min manat ödəyib.

Digər təqsirləndirilən Orxan Qasımovun anası məhkəmə heyətinə üz tutaraq oğlunun günahsız olduğunu vurğulayıb: «Biz məcburi köçkünük. Mən uşağımı düşməndən qaçırmamışam ki, gətirib burada kimlərəsə yem eləyim. Pulu alan bəlli, yeyən bəlli. Kim yeyibsə, gəlib ödəsin…».

Ə.Həsənov 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə – direktor müavini və direktor işləyib. O, Muxtar Babayev nazir təyin ediləndən sonra vəzifəsindən çıxarılıb. (azadliq.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ETSN


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

190 manat pulu almaq istəyənlərin nəzərinə - Qaydalarla tanış olun

Putinin KQB-dəki tələbə yoldaşından koronavirusla bağlı şok açıqlama – 19 oktyabr 2019-da Uxanda nə baş verib?

Nuşirəvan Məhərrəmli vəzifədən alındı - Yeni seçim

Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş - Foto

"Ramiz Mehdiyev uduzduğu kimi eyni aqibəti siz də yaşayacaqsınız "- Aslan İsmayılov

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Türkiyədə bu gündən maska satışı qadağan edilir

Koronovirusu hazırlayıb Çinə satan alim həbs edildi

“Aletlər kəndi”ndə etiraz - Karantində olanlar ağır əşyaları pəncərələrdən yerə atdılar- Video

Bu tarixdə Koronavirus pandemiyasının pik nöqtəsi olacaq

“Prezidentə uzun illər doğru-dürüst məlumatlar verilməyib”- Deputat

Bu həftə dövlət muzdlu işçilərə ödənişə başlayır

loading...

Ən çox oxunanalar