Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il iki universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlər köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıdakı bir neçə universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünləri bu il ərzində yeni qəsəbələrə köçürəcək...

Bunu Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, yataqxanalarda yaşayan məcburi köçkünlərin köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hazırlanan “Yol Xəritəsi”nə əsasən həyata keçiriləcək: “Yasamal rayonundakı “Kaktus” kimi tanınan ərazidə Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanaları var. Orada təxminən, 1200-ə yaxın məcburi köçkün ailəsi yaşayır. Həmin ailələrin “Qobu-3” kompleksinə köçürülməsi nəzərdə tutulub. Bu kompleks aprel ayında istifadəyə verilməlidir və ora yalnız həmin universitetlərin yataqxanalarda yaşayan məcburi köçkünlər köçürüləcək”.

E.Zeynalov deyib ki, “Yol Xəritəsi”nə əsasən, yataqxanalar, sanatoriya, uşaq bağçası, məktəb, poliklinika binaları və yarımçıq tikililərdə yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi 2024-cü ilə qədər başa çatacaq: “Həmin yerlərdə yaşayan ümumilikdə 23 850 məcburi köçkün ailəsi yeni qəsəbələrə yerləşdiriləcək. Bu da 85 000 nəfərə yaxın məcburi köçkün deməkdir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar