Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İnstaqram"da meyxana ilə narkomaniyanı təbliğ edən 54 yaşlı kişi saxlanıldı - Foto

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb...

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, sosial şəbəkələrdə narkotik vaistələrini təbliğ edən şəxsi Mehdiabad Polisi ələ keçirib.

Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vaisələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstaqram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.

A.Məhərrəmov "İnstaqram"da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntüdə paylaşıb. Mehdiabad Polis bölməsinin əməkdaşları, dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

54 yaşlı kişi bu kimi faktlarla Polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar