Bazar, 05 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kiber məkanda gizli müharibə: İsrail ordusunun sirlərini HƏMAS necə oğurlayıb?

Anna Ahronhaym

“Jerusalem Post”, 16.02. 2020

İsrail ordusu (İDF) sosial şəbəkələrdə özünü cəlbedici gənc qadın kimi təqdim edərək, mümkün olduğu qədər məlumat və kəşfiyyat sirri əldə etmək üçün yəhudi əsgərlərini ovlayan HƏMAS-ın üçüncü şəbəkəsini ifşa edib.

Döyüşən əsgərlər də daxil olmaqla, yüzlərlə hərbçinin telefonlarına 2017-ci ildən pəncərə açılıb. İsrail ordusu və “Şin Bet” (İsrail Təhlükəsizlik Xidməti) HƏMAS-ın balpot əməliyyatını pozub.

Hərbçilərin fikrincə, HƏMAS tərəfindən bir sıra irəliləyişlər, o cümlədən “Instagram”, “Facebook” və “WhatsApp”-la yanaşı, “Telegram” kimi yeni platformaların istifadəsi də mövcuddur.

Ordu mənsublarının sözlərinə görə, HƏMAS “hashtag” və jarqondan istifadə edərək əsgərlərlə dialoqa başlamaq qabiliyyətini mükəmməlləşdirib. Qrup düşmən hesabında daha etibarlı olmaq üçün səsli mesajlar da göndərməyə başlayıb.

İDF, HƏMAS-ın istifadə etdiyi 6 əsas simvolu müəyyən edib, onların çoxu özünü eşitmə və ya görmə problemləri olan, səlis ibrani dilində danışmaqda çətinlik çəkən, İsrailə yeni gəlmiş mühacir kimi təqdim edib.

Personajlar Sara Orlova, Mariya Yakobova, Eden Ben Ezra, Noa Danon, Yael Azoulay və Rebekka Abuksisdir. Etibarı artırmaq üçün onlar eyni platformalardan istifadə etməklə yanaşı, simvollarını, şəkillərinin orijinal mənbəyini tapmağı çətinləşdiriblər.

HƏMAS-ın istifadə etdiyi yeni əlavələr 3 sosial şəbəkədə tətbiq olunub: “GrixyApp”, “ZatuApp” və “Catch & See”. Hərbçilərin sözlərinə görə, HƏMAS-ın əvvəlki qıfıl sındırma cəhdlərindən fərqli olaraq, bu əlavələrə satış mağazalarından keçmək olmur, onlar ancaq əsgərlərin HƏMAS-a göndərdiyi linklərdən yüklənə bilər.

Əlavənin yüklənməsindən əvvəl istifadəçinin telefonundakı bir neçə əlavəyə, o cümlədən kamera, mikrofon və s. daxil olma üçün icazə istənilir.

Yüklədikdən dərhal sonra o, rəmz olaraq görünür, ancaq bir dəfə üstünə vurulduqda, cihaz əlavə versiyanı dəstəkləmədiyini bildirir və sonra istifadəçinin telefonundan silinir.

Əlavə telefondan yoxa çıxmış kimi görünsə də, virus cihazda qalır və cihazı nəzarət altına ala biləcək HƏMAS-a birbaşa giriş imkanı verir.

Bir dəfə telefonda virus şəklində qalaraq HƏMAS əməliyyatçılarına telefonun bütün tərəfləri, o cümlədən şəkillər, əsgərin yeri, mətn mesajları və əsgərin əlaqə siyahısını təqdim edir. Virus, eyni zamanda, əsgərin xəbəri olmadan uzaqdan foto çəkə və danışıqları qeyd edə, telefonun kamerasına və mikrofonuna daxil ola bilər.

HƏMAS-ın əvvəlki cəhdlərindən fərqli olaraq, qrup faylları yükləmə, köçürmə və telefonun GPS-sinə giriş, cihazın yerini bilmək imkanı əldə edib. Bu zaman HƏMAS əməliyyatçıları əsgərlərlə ünsiyyəti dayandırıb.

Hərbçilər HƏMAS-ın son bir neçə ay ərzində etdiyi əməliyyatdan xəbərdar olduqda, İDF terror qruplaşmasını dayandırmaq üçün onun daha təsirli texnoloji vasitələrə sahib olmasına imkan verilib.

İDF-in əməliyyat təhlükəsizliyi şöbəsinin müdiri, polkovnik “R”, HƏMAS-ın İsrail əsgərlərini ovlamağa çalışdığına təəccüblənmədiyini və bu cür kiber əməliyyatların sonuncu olmayacağını düşünür.

Rəsmilər milli təhlükəsizliyə heç bir zərər vurulmadığını və telefonları “qırılmış” hərbçilərin – əsasən hərbi xidmətə çağırılmış əsgərlər və aşağı rütbəli zabitlər – cihazlarında virusun silinəcəyini bildiriblər.

Ordu əsgərlərə sosial şəbəkələrin istifadəsinə dair ehtiyatlılıq qaydalarına riayət etmələri əmrini təkrarlayıb: yalnız şəxsən tanıdığınız insanların dostluq istəklərini təsdiqləyin; gizli məlumatları heç bir sosial şəbəkəyə yükləməyin və yalnız orijinal “App Store”-dan əlavələr yükləyin.

Hərbçilər əsgərlərə onlayn müraciət olarsa, şübhəli şəxsin görüşə bilməməsi halında, bunun onları cəlb etmək cəhdi ola biləcəyinə dair xəbərdarlıq edib.

İDF bütün əsgərləri şübhəli şəxs əlavə yükləmə istəyirsə və telefonun xarab olduğunu hiss edirsə, bunu komandirlərinə və təhlükəsizlik işçilərinə bildirməyə çağırıb.(Tərcümə: Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Kiber məkan


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto

Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək

Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlanıb - Video

Polis tanınmış jurnalisti cərimələdi – Maska və əlcəyə görə

İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunacaq - Rəsmi

Vüqar Səfərli işdən çıxarıldı - Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - Dosye

Böhrandan ən çox zərər görəcək ölkələr... – BVF Azərbaycanı hansı qrupa aid edib?

Sabiq deputat Hadı Rəcəblinin kölgədə qalan daha 5 şirkəti üzə çıxdı - Foto

Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib

loading...

Ən çox oxunanalar