Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanı Ermənistanda nə gözləyir?

“Öncə onu qeyd etmək lazımdır ki, bu panel müzakirəsi bağlı qapıların arxasındakı danışıqların üzə çıxması hadisəsi kimi dəyərləndirilməlidir. Bu müzakirədə həm Azərbaycanın, həm Ermənistanın mövqeyi açıq şəkildə ortaya qoyuldu”...

PİA.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrə münasibət bildirərkən Unikal.org-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın mövqeyini arqumentli, iradəli və daha yaxşı çatdırdı:

"Açığını deyim ki, Azərbaycan Prezidentinin ingilis dilində daha yaxşı danışması, fikirlərini daha dəqiq ifadə etməsi açıq şəkildə göründü. Bu, öz yerində, amma orada səslənən fikirləri Azərbaycanın haqlı mövqeyinin qalib gəlməsi kimi qəbul olunmalıdır. Belə demək mümkündürsə, bu panel müzakirəsində hər iki tərəfin mövqeyi ictimaiyyətə bəlli oldu. Bildiyim qədər prezidentlər arasında görüş də olub. Orada hansı məsələlərin müzakirə olunduğu, bundan sonra prosesin necə inkişaf edəcəyi də vacib məsələdir. Təəssüf ki, bu cür görüşlərin hansısa ciddi nəticələrin olacağına ümidlər çox azdır. Hesab edirəm ki, Paşinyan Ermənistana qayıdandan sonra ciddi şəkildə tənqid olunacaq. Bu tənqid onun hansısa şəxsi davranışı deyil, ortaya qoyduğu mövqe barədə olacaq".

T. Zülfüqarov onu da qeyd edib ki, adətən bu cür müzakirələr hansısa prosesin, yaxud dəyişikliklərin əvvəlində olur. "İkinci bir məntiq onu deməyə əsas verir ki, Ermənistan bu cür diplomatik zərbələri ala-ala öz siyasi xəttinə davam edəcək. Ən çətin vəziyyətdə isə həmsədrlər qalacaq. Çünki onların bundan sonra kiməsə nəsə deməyi çətin olacaq. Hər halda, bu panel müzakirəsinin Azərbaycan ictimaiyyətinə böyük təsiri var. Sosial şəbəkələrdən hiss elədim ki, Azərbaycan ictimaiyyəti Prezidentin həmin müzakirədə iştirakından və sərgilədiyi mövqedən çox razıdır" – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar