Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyadan Rusiya ilə bağlı - Kritik açıqlama

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Rusiya ilə sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların yeni mərhələyə qədəm qoyduğunu bəyan edib...

PİA.az xəbər verir ki, T.Moteqi bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra bildirib.

“Mən qarşı tərəfə danışıqların davam etdirilməsi ilə əlaqədar öz fikirlərimi daha konkret şəkildə çatdırdım. Danışıqlar yeni mərhələyə keçir”, - deyə T.Moteqi jurnalistlərə müsahibəsində qeyd edib.

Yapon nazir vurğulayıb ki, Moskva və Tokio əsas məsələlər üzrə müsbət mövqelərin müzakirəsinə başlayıblar.

T.Moteqi əlavə edib ki, o, S.Lavrovu yaxın zamanlarda Tokioya səfərə dəvət edib. Hazırda səfərin vaxtı dəqiqləşdirilir.

Bu ərəfədə Yaponiyanın Xarici İşlər naziri Yaponiya ilə Rusiya arasında məsləhətləşmələrin gedişində irəliləyişə nail olunduğunu da qeyd edib. O, ümid etdiyini bildirib ki, ikitərəfli problemlərlə, o cümlədən sülh müqaviləsi ilə bağlı danışıqlar daha şəffaf xarakter almaqdadır.

Yapon həmkarını dəstəklədiyini qeyd edən S.Lavrov qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin davam etdiriləcəyinə inandığını bildirib

pia.az


Etiket: Yaponiya Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar