Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi

Suriyanın şimal-şərqində, hazırda şiddətli döyüş əməliyyatlarının getdiyi İdlib bölgəsində Rusiyanın TOS-1A “Solntsepyok” ağır odsaçan maşınları görünüb...

PİA.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən TOS-1A “Solntsepyok” maşınlarını daşıyan qoşqular İdlib istiqamətində hərəkət edir. Həmin texnika Suriyanın qərbindən daşınıb. Bölgəyə azı 3-4 ağır odsaçan maşınlarının göndərildiyi bildirilir.

Bu yerdəyişmə Türkiyənin Suriya ordusu ilə birbaşa hərbi toqquşmadan sonra İdlibə çoxsaylı ağır texnika və canlı qüvvə yeritməsinin ardınca baş verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, türk əsgərlərinə atəş açılması halında Əsəd rejimi qüvvələrini təkcə Suriyanın şimalındakı deeskalasiya zonasında deyil, “hər yerdə” vuracaqlar.

Azərbaycan da daxil olmaqla cəmi bir neçə ölkənin silahlanmasında yer alan TOS-1A “Solntsepyok” ağır odsaçanları öz dağıdıcı gücünə görə “cəhənnəm silahı” da adlandırılır. Bir yaylım atəşi ilə 40 min kvadratmetr sahədə hər şeyi yandırıb kül edir. Rusiya bu silahları bir neçə il əvvəl Suriya ordusuna verib və Əsəd qüvvələri həmin silahdan İŞİD qüvvələrinə qarşı döyüşlərdə istifadə edib. (virtualaz.org)

pia.az


Etiket: Rusiya Suriya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar