Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov mitinqi MSK-nın qarşısına təyin etdi

Sabah Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçiriləcək...

PİA.az xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib. O qeyd edib ki, fevralın 16-da keçiriləcək aksiyanın konkret olaraq təşkilatçısı yoxdur.

"Fevralın 16-da bazar günü saat 15:00-da haqqı pozulan bütün seçicilər, müşahidəçilər, namizədlər MSK-nın qarşısında dinc və demokratik mitinqə gəlsin. Bu hər hansı partiyanın, təşkilatın ya da şəxsin aksiyası deyil. Səsi və haqqı oğurlanmış hər kəsin mitinqidir!".

İl yarım əvvəl mən həbsdən çıxanda soruşurdunuz ki, mitinqə haçan çıxırıq. Onda da dedim ki, seçki saxta keçsə. İndi də deyirəm: sabah!

Kimsə sonra deyinməsin, ağlamasın, zarafatla ört-basdır etməsin ki, ah, səsimizi oğurladılar. Dinc, qanuni və qətiyyətli etiraz edək!

Mitinqin dincliyini gözdən salmaq istəyən mülki geyimli hər bir şəxs təxribatçıdır və öyrədilmiş agentdir. Onlardan uzaq olun, etirazımızın dincliyini kimsə gözdən sala bilməməlidir!", - deyə İlqar Məmmədov bəyan edib.

REAL, Müsavat partiyaları və bir neçə müstəqil namizəd 9 fevral seçkilərində qanun pozuntularının olduğunu bəyan edərək etiraz aksiyası keçirmək Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Meriya onların müraciətinə cavab olaraq aksiya üçün Lökbatan qəsəbəsində yer ayırmışdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar