Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Türkiyə üçün Suriyadakı əsas təhlükə ABŞ-dır...

Təqaüdçü səfirlər, mütəxəssislər və komandirlər İdlibdə artan gərginliyi və böhranın həlli üçün atılacaq addımları qiymətləndirib. Onlara görə Suriyadakı əsas təhlükə ABŞ-dakı quru qüvvələridir...

“Aydınlık” qəzeti, Türkiyə, 13 fevral 2020-ci il

Bölgəni yaxından tanıyan mütəxəssislərin Suriyadakı yol xəritəsi ilə bağlı fikirləri belədir:

Təqaüdçü general-mayor Nejat Eslen: Avropa 2011-ci ildə Suriyanı vurmuşdu və bunun bizə çox güclü təsirləri oldu. Hər şeydən əvvəl qarşımıza PKK problemi çıxdı. Bu Türkiyə üçün ən ciddi təhdiddir və hələ də davam edir. Amerika da kürdləri himayə edir. Bunda heç bir dəyişiklik yoxdur. Miqrantlarla bağlı problemlərimiz də var. Türkiyədə 4 milyon miqrant var və İdlibdə də mühacirlərin sayı artmaqdadır. Onların Türkiyəyə girmək ehtimalı da var. Bu miqrantlarla birgə bölgədəki cihadçı terrorçuların da Türkiyəyə girmək ehtimalı yüksəkdir. Bu da çox ciddi bir problemdir.

Türkiyə bu təhdidlər qarşısında bu günədək nələr edib? “Əl-Bab”, “Əfrin” və Sülh “Çeşməsi” Əməliyyatını həyata keçirib. Bu 3 əməliyyatın xüsusi mənası, məqsədi vardı və müəyyən bir hissəsini yerinə yetirə bildi. Əməliyyatların məqsədi PKK ilə Suriyanın şimalında PYD-nin sərhədində bir dəhliz yaratmaq və bu dəhlizin dənizə açılmasının qarşısını almaq idi. Böyük ölçüdə qarşısını alınıb, lakin PKK və PYD hələ də Amerikadan dəstək alır.

Türkiyə İdlibdə nə etmək istəyir? 

Astana və Soçi razılaşması prosesində Türkiyə İdlibdə 12 müşahidə məntəqəsi yaradıb. Bundan başqa, Astana və Soçi prosesində Hələbdən Laziqiyyəyə qədər açılan və Hələbdən Dəməşqə gedən M4 və M5 avtomobil yollarının təhlükəsizliyini təmin edəcəyinə söz verib. Lakin burada cihadçı terrorçuları tərksilah edəcəyimizə söz vermişdik. Bu müddət ərzində bunu edə bilmədik və ya bilərəkdən etmədik. Beləliklə, Suriya ordusu bu bölgədə irəliləməyə başlayıb. Hətta bəzi müşahidə nöqtələrimiz də Suriya ordusunda qalıb. Məhz bundan sonra Türkiyə bir reaksiya verib və İdlibdəki mövqelərini gücləndirib.

M4 və M5 davası

Buradakı həmlələrimiz Türkiyə ilə Rusiyanın arasını pozub. Buradakı məqsədimiz, təbii ki, mühacirləri Suriyada məskunlaşdırmaqdır. Gördüyüm qədərilə, burada bizim başqa bir məqsədimiz də var. M4 və M5 magistral yollarının Suriyanın nəzarətində olmasını istəmirik. Hələb regionu və ətrafı Suriyanın ən məhsuldar əkinçilik bölgələridir. Həmçinin, Hələb Suriyanın ən əhəmiyyətli sənaye şəhəridir. İndi Hələbi Dəməşqdən və dənizdən ayırsaq, Suriya rejiminin sağ qalması çətin olacaq. Buna görə, Suriya ordusu Rusiyanın dəstəyi ilə bu yolları açmağa çalışır. Bu, İdlibdəki inkişafın çox vacib bir nəticəsinə çevrilib.

Biz Astana və Soçi prosesində Rusiya ilə ortaqlıq edirdik. Türkiyə və Rusiya arasında S-400, “Türk Axını”, nüvə elektrik stansiyası və turizm kimi sahələrdə çox ciddi ortaqlıqlar qurulub. Lakin bu münasibətlər artıq pozula bilər. Yenə Rusiya və Türkiyənin arasının dəydiyini görən Amerika Cefrini göndərərək araya girib. Türkiyəni idarə edənlər də bunu məmnuniyyətlə qarşılayıblar. Cefri də Suriyadakı yanğına benzin tökmək üçün gəlib. Başqa sözlə, Rusiya ilə aramızı vurmağa açmağa gəlib. Ancaq unutmayaq ki, bizim üçün ən ciddi təhlükə Suriyadakı PKK/YPG-dir və PKK-YPG də Amerikanın qurudakı qüvvəsidir. ABŞ onlarıa minlərlə silah verərək dəstəkləyir.

Təqaüdçü səfir Xəlil Akınçı: Rusiya ilə qarşıdurma olacağını düşünmürəm. Ortaq bir yol müəyyən ediləcək. Lakin Rusiyanın da atacağı bəzi addımlar var. Suriyada çətin bir dövr başlayıb. Elə addımlar atılıb ki, geri qayıtmaq çox çətin olacaq. Rusiya ilə bəzi danışıqlar aparılır, amma nəticə əldə etmək üçün, görünür, vaxt lazım olacaq.

Bu gün baş verən hər şeyin qarşısını vaxtında almaq lazım idi. Yüksək rütbəli rəhbərlər səhv edən zaman vaxtında onlara xəbərdarlıq etmək və səhvlərin qarşısını müəyyən qədər almaq lazım idi. Amma təəssüf ki, belə bir iş rejimi yoxdur.

Türkiyə ABŞ-ın sözlərinə aldanmamalıdır. Xaricilər həmişə öz ölkələrinin maraqlarını düşünürlər. Amerika Türkiyəni Rusiya ilə ittifaqından qoparmaq üçün səy göstərir. Bu çərçivədə son günlərdəki münasibətləri qiymətləndirmək lazımdır. Belə həssas dövrdə açıqlamalar ən yüksək həddə çatmamalıdır. Proseslə bağlı münasibətlər və rəylər daha aşağı səviyyədə edilməlidir. Əks təqdirdə, diplomatik geri çəkilmələr və problemin həlli çox çətin olacaq.

ABŞ PYD-nin ikinci plana düşməsindən məmnundur 

Təqaüdçü səfir Onur Öymən: Ruslarla danışmaq və Türkiyənin yaşayacağı problemləri həmsöhbətlərə yaxşıca izah etmək lazımdır. Suriya əvvəldən İdlibi xilas edəcəyini deyir. Bütün bunlar hesablanmalı idi. Bütün ölkələr öz maraqlarını nəzərə alırlar. RusiyaSuriya ilə də bu çərçivədə hərəkət etmək lazımdır. Amerika etibarlı ölkə deyil. Türkiyə ilə Rusiyanın arasının dəyməsi və Suriyaya qarşı sərt mövqe alması Amerikanın xeyrinədir. ABŞ PYD-nin ikinci plana düşməsindən də məmnun qalıb. İdlib Türkiyə üçün bir etibar probleminə çevrilib. Həlli çətin olan bir vəziyyət var. Türkiyə artıq bu maneə törədən rəftarına davam etməlidir.

M4-M5 sərhəd olacaq

Təqaüdçü general-mayor Dos. Dr. Fahri Erenel: Bu açıqlama ilə rejimə, Suriyaya və dolaylı olaraq, bu bölgədəki bütün ölkələrə mesajlar verilib. Əsas məsələ odur ki, Astana və Soçi razılaşmasının, xüsusilə də Soçi müqaviləsinin tətbiq olunmasını Türkiyə tələb edir. Bunun baş tutması üçün fevral ayı seçilib. Bu, daha çox Rusiyadan asılıdır, amma indi hesab edirəm ki, bu məsələ Rusiyadan da kənara çıxıb. Çünki Rusiyanın bu qədər irəliləmə tələb edəcək bir vəziyyətdə olduğunu düşünmürəm. Səhnədə Rusiyanın hərbi məsləhətçiləri və kəşfiyyat işçiləri var. Keçən gün biri general olan 4 əsgər öldürülüb. Ancaq Suriya bölgəsinin bu bölgədəki dayağını keçən il dağılmış vəziyyətdə qalan İran milis qüvvələrinin 3 briqadada yenidən qurulması təşkil edir. İdlibdə əsas həmləni edənlərin iranlı milislər olduğunu düşünürəm. İranın açıqlamaları da bunu təsdiqləyir.

Prezident “hazırkı vəziyyət” deyərkən İrana da mesaj verib. İran vasitəsilə milislərə də bir xəbərdarlıq edilib.

Bəs mövcud statusa qayıda bilərikmi? Bu mərhələdən sonra bunun bir az çətin olduğunu görürəm. Çünki M4, M5 magistral yoluna nəzarət Laziqiyyənin təhlükəsizliyi üçün son dərəcə vacibdir. Fəratın şərqindəki maddi-texniki və möhkəmləndirici qoşunlara olan ehtiyac burada qarşılanacaq. Bu yolun nəzarət altına alınması ilə Rusiya da faktiki olaraq hədəfinə çatmış oldu.

Bundan sonra bu magistraldan İdlibin mərkəzinə doğru irəliləmək yalnız aktiv hərəkətlərlə mümkün olacaq. Çünki bu artıq sivilləri qırmaq üçün edilmiş bir həmlədir.

Türkiyənin əsas vəzifəsi mövcud statusu qorumaqdır. Hazırkı duruma baxdıqda düşünürəm ki, Türkiyə M4 şossesini bir xətt kimi qəbul edib Suriya rejiminin şimaldan keçməsinə mane olacaq.

Bəs bu halda nə etməliyik?

Hərbi müşahidə nöqtələri Suriya rejiminin diqqətini İdlibin mərkəzinə çevirməsinə maneə olacaq. Yəqin ki, müşahidə nöqtələrindən ən kritik olanların yeri dəyişdirilə və daha güclü hala gətirilə bilər. Bununla birlikdə, əsas dayaq M4 magistral xəttində hazırlanacaq.

Tələblərimiz təmin edilməlidir

Prof. Dr. Həsən Ünal: Türkiyə ittifaqlarını pozmamalıdır. Əgər belə olsa, ciddi problemlərlə üzləşəcək. Suriyanın ərazi bütövlüyü qorunmalı və Suriyada muxtar bölgələrin yaradılmasına icazə verilməməlidir. Hazırda Amerikanın Türkiyənin arxasında durmaq istəməsi çox maraqlı haldır. ABŞ Türkiyə-Rusiya gərginliyini qızışdırmaq və Türkiyəni Astana müddətindən qoparmağa çalışır. Amerika rəsmən Türkiyə-Rusiya-Suriy­a qarşıdurmasını qızışdırır. Yeni təxribatlar da edə bilər. Bu dövrdə çox diqqətli olmalıyıq. Təxribatçı bir mühit yaratmamalıyıq. Türkiyə təcili olaraq mövcud Suriya rəhbərliyini kənarlaşdıran Suriya siyasətini dəyişdirməlidir. Milli maraqlarımıza uyğun yeni bir siyasət hazırlanmalıdır. Həm də Rusiyadan etdiyimiz tələblər yerinə yetirilməlidir. Suriyanın hazırkı rəhbərliyi Rusiya üçün zəruridir. Bunu yaxşı başa düşmək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bu şəxslərin icazəsi ləğv ediləcək – Sərt qərar

Əhalinin nəzərinə: Bu şəxslərin icazəsi ləğv edilir

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - Rəsmi

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

ABŞ kəşfiyyatının daha bir koronavirus xəbərdarlığı üzə çıxdı

“Virusla bağlı qara günlər qarşıdadır” - Sağ qalmaq üçün 7 qızıl şərt...

Röyadan Natavana cavab: “Kaş ki, xoşbəxt olardın, bədbəxtsən”

loading...

Ən çox oxunanalar