Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN bu hüquqşünasla bağlı əhaliyə müraciət etdi - Foto

İsmayıllı rayonunda vətəndaşları aldadan şəxs tutulub...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən verilən məlumata görə, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də barəsində axtarış elan olunan Göyçay şəhər sakini Pünhan Qurbanov saxlanılıb.

P.Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq onlara qarşı dələduzluq edib, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunub.

P.Qurbanovun digər şəhər və rayonlarda da analoji cinayətlər törətdiyi istisna edilmir.

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazierliyinin “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı rayon polis şöbəsinin 020-285-11-89 şəhər və (050) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar