Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bunlar yaşlarından, başlarından niyə utanmadılar?" 

Afaq Bəşirqızı deputatları "ağ yuyub, qara sərdi"...

Məlum olduğu kimi, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələri artıq açıqlanıb. Və bir sıra dairələrdə ləğvetmə və araşdırma proseslərinə baxmayaraq, əksər millət vəkillərinin adları demək olar ki, məlumdur.

"Tanınmış insənət xadimi Afaq Bəşirqızı bəzi dairələrdə nəticələrin saxtalaşdırılmasına kəskin münasibət nümayiş etdirərək bu dəfə də qətiyyətli fikirlər səsləndirib:

Mən başa düşə bilmirəm ki, bunlar yaşlarından, başlarından, xalqın nifrətindən, qınağından niyə utanmadılar? Nə üçün öz namizədliklərini bir də verdilər? Onlar özlərini deyil, bizi biabır etdilər. Xalqı xarici mətbuatın, beynəlxalq müşahidəçilərin dilinə saldılar.

Ölkədə isə müəllimlər gözdən düşdülər. Ancaq müəllimləri qınamaq lazım deyil, çünki bizim iradəmiz zəifdir. Nədənsə biz vətən, vətəndaş, namus, qeyrət sözlərini çox zəif aşılayırıq.

Mənim hirsim yerə-göyə sığmır. Nə üçün bu saxtakarlıqlara ali seçki orqanı, onun nümayəndələri göz yumurdu? Onlar hara baxırdı? Mütləqmi bütün bunları Prezident bilməli idi?

Nə üçün Elza Seyidcahanı, bəzi namizədləri o günə qoydular? Mən onların hansınınsa millət vəkilliyinə layiq olub-olmamasından heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, axı onlar da bu ölkənin vətəndaşıdır, seçilmək hüquqları var! Onlar da öz potensiallarına, nüfuzlarına güvənib bu addımı atmışdılar. Onlara qarşı bu qədər kobudluq nəyə lazım idi?

Amma mən yenə də təkrar seçkilərin şəffaf keçəcəyinə inanıram. Əks halda bu, lap ağ olar.

"Belə olan halda sizin təkrar seçkilərdə namizədliyinizi irəli sürmək fikriniz varmı?" sualına Afaq xanımın cavabı belə oldu: "Mən zatən millətin vəkiliyəm. Millət vəkilinin məqamında qorxusundan deyə bilməyəcəyi sözü onsuz da mən anında deyirəm. Məgər bu, mütləq mandatla təsdiq olunmalıdır?! Əgər mandatla təsdiq olumalıdırsa, qoy mandatla olsun. Amma baxaq görək nə olacaq!" (Azxəbər.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar