Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Baş prokuror: "Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub"

“Ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olub”...

Bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, müstəqil inkişaf tarixinin müasir məzmunlu yüksəliş mərhələsini yaşayan ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olmuş, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik üslubuna malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələr, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin edib.

Ötən il makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olub. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faizdən çox artdığını vurğulayan Baş prokuror bildirib ki, bu Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşdirilməsi siyasətinin nəticəsində mümkün olub. Xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatıb, valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollar səviyyəsinə çatmış, bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci pillədə qərarlaşıb.


Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Sammitinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməklə bu beynəlxalq qurumlara sədrliyin Azərbaycana həvalə edilməsi, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business - 2020” hesabatında 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmizin 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdə qərarlaşması və s. uğurlar xüsusi vurğulanıb.

Baş Prokuror bildirib ki, əldə edilmiş bu uğurların məntiqi nəticəsidir ki 2020-ci ilin yanvar ayının 21-də Dövlət Başçısı cənab İlham Əliyevin iştirak etdiyi dünyada bir nömrəli və nüfuzlu beynəlxalq təşkilat Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində həmin Forumun prezidenti ilə görüşdə Dördüncü Sənaye İnqilabı üzrə Bakı regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmış və ölkəmiz Cənubi Qafqazda, eləcə də Orta Asiya regionunda mərkəz kimi seçilib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir.

pia.az


Etiket: Zakir Qaralov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Hərbçilərimiz Kəlbəcərdə qızıl qumla dolu anbar tapdı - Video

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Xocalı aeroportu Rusiyanın əli ilə ermənilərin nəzarətinə keçir - Azərbaycan buna imkan verəcəkmi?

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

Fransa parlamenti də “dqr”lə bağlı qanunu qəbul etdi

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı

loading...

Ən çox oxunanalar