Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənim dairəmin nəticələri ləğv olunsa, namizədliyimi yenidən verəcəm” - Natiq Cəfərli

Yenidən seçki keçiriləcək məntəqələrdə seçkinin şəffaf və qanuni keçirilməsinə inam varmı?..

ReAl Partiyasının icra katibi: “MSK-nın saytında dairədən ikinci yer məni yazıblar. Seçilən xanıma da 6 min səs yazmaqla böyük biabrçılığa yol veriblər.”

“9 fevral ölkədə seçki institutuna olan son ümidləri də yerlə bir etdi”.

Bu sözləri ReAl Partiyasının icra katibi Natiq Cəfərli nəticələri ləğv edilən seçki dairələrini və bundan sonra nəticələrinin ləğv edilməsi gözlənilən dairələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:

- 91 saylı Ucar seçki dairəsi
- 81 saylı Beyləqan seçki dairəsi
- 72 saylı Yardımlı-Masallı seçki dairəsi
- 95 saylı Tərtər seçki dairəsi
- 42 saylı Sumqayıt ikinci seçki dairəsi
- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
- 15 saylı Yasamal birinci seçki dairəsi
- 28 saylı Sabunçu üçüncü seçki dairəsi
- 79 saylı İmişli seçki dairəsi
- 60 saylı Salyan-Neftçala seçki dairəsi

Göründüyü kimi hələ bir neçə dairənin də nəticələrinin ləğv olunacağını istisna etmək olmaz. Hətta bu suyahıda yer almayan dairələrin də bəzilərinin nəticələrinin ləğv olunması gözləninəndir. Bəs seçkilərdə iştirak edən partiya üzvləri bununla bağlı nə fikirləşir?

PİA.az-ın əməkdaşı ReAl Partiyasının icra katibi Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Ləğv edilmiş dairələrdə yenidən seçkidə iştirak etməyimlə bağlı partiyanın İdarə Heyəti qərar verəcək”.

Dünəndən başlayaraq dairələrin ləğv olunmasının səbəbini siyasi instituta olan inamın geri qaytarılması üçün atılan addım olduğunu düşünən ReAl Partiyasının icra katibi PİA.az-a açıqlamasında əlavə edib ki, seçki institutuna inamı bərpa etmək üçün, ümumiyyətlə Azərbaycanın sağlam təməllər üzərində siyasi gedişatını təmin etmək üçün ən yaxşı istiqamət Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini tanımaması və təkrar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul etməsi olar:

“Mən həm Dairə Seçki Komissiyasına, həm hə Mərkəzi Seçki Komissiyasına şikayətimi vermişəm. Şikayətimdə bildirmişəm ki, pozuntular olan məntəqələr ləğv edilsin. MSK-ya da müraciət etmişəm ki, ümumillikdə dairə birdəfəlik ləğv edilsin. Nə nəticənin çıxarılacağını, hansı qərarın veriləcəyini indidən deyə bilmərəm. Amma mən üzərimə düşən vəzifəni yerinə gətirdim. Yəni pozuntularla bağlı faktlarla, gözüntülərlə lazımi orqanlara məlumat verdim.

Mənim dairəmin nəticələri ləğv olunsa, namizədliyimi yenidən verəcəm. Çünki mənim seçicilərə sözüm var. ReAL-ın namizədi olaraq mən mindən yuxarı səs almışam. Bu təsdiq olunmuş məlumatlarda öz əksini tapıb. MSK-nın saytında da dairədən ikinci yer məni yazıblar. Seçilən xanıma da 6 min səs yazmaqla böyük biabrçılığa yol veriblər.

Ləğv edilmiş dairələrdə yenidən seçkidə iştirak etməyimlə bağlı isə partiyanın İdarə Heyəti qərar verəcək. Belə bir qərar olsa, bu qərarı ümumi müzakirə edəcəyik. Bununla bağlı indidən fikir deyə bilmərəm.

Natiq Cəfərli: “5-6 dairənin nəticələrinin ləğv olunması ilə seçki institutuna olan inamı bərpa etmək mümkün olmayacaq”.

Əslində 9 fevral ölkədə seçki institutuna olan son ümidləri də yerlə bir etdi. Düşünürəm ki, hakimiyyət də bunu anladı. Onu da anladılar ki, bu hal ölkəni xaotik vəziyyətə sürükləyə bilər. Dünəndən başlayaraq dairələrin ləğv olunması məhz bu inamın az da olsa bərpa edilməsinə düşünülüb. Amma hesab edirəm ki, seçki institutuna inamı bərpa etmək üçün, ümumiyyətlə Azərbaycanın sağlam təməllər üzərində siyasi gedişatını təmin etmək üçün ən yaxşı istiqamət o ola bilər ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini tanımasın və təkrar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul etsin.

Bu zaman Azərbaycanda seçki institutuna olan inam bərqərar ola bilər və insanlar da çox böyük həvəslə seçkilərdə iştirak edərlər. Amma 5-6 dairənin nəticələrinin ləğv olunması ilə seçki institutuna olan inamı bərpa etmək mümkün olmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Seçki Nəticə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar