Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusa yoluxan neft bazarı - Neftin ucuzlaşması Azərbaycana hansı təsirlər göstərə bilər?

Dünyanı təşvişə salan yeni qlobal təhdid - koronavirus böhranı artıq özünün ağır fəsadlarını iqtisadiyyatda da göstərməyə başlayıb...

Dünya iqtisadiyyatı son günlərdə ciddi itkilər verərək, yeni qlobal risklərə doğru fokuslanmaqdadır. Dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çində koronavirus dalğasının ağır həmlələri iqtisadi sektorlara sarsıdıcı zərbələr vurmaqdadır.

Çinin iri sənaye müəssisələrində rentabelliyin azalması, hətta yüzlərlə dəyər yaradan sahələrin qapadılması, eləcə də, Amerika, Avropa və Asiya investorlarının Çində yerləşən müəssisələrində işləri təxirə salması sanki iqtisadi defolta işarə verən həyəcan siqnalını xatırladır. Qlobal iqtisadiyyat bu virusun təsirlərini lakmus kağızı kimi özünə çəkərək immunitetinin zəifləməsini biruzə verməkdədir.

Dünya iqtisadiyyatında əsas güclərdən biri olan Çinin sənaye və istehlak sektorlarının zəifləməsindən ən çox əziyyət çəkən isə yanacaq-energi sektorlarıdır. Çinə yancaq, neft satan ölkələrin dərin narahatlığı isə daha çox artmağa başlayıb. Nəzərə alsaq ki, Çin qlobal neft bazarında ABŞ-dan sonra ikinci istehlakçı ölkədir, onda neftə olan tələbatın xeyli azalacağı şübhəsizdir.

Çin gündəlik 14 milyon barel neft istehlak edir, təkcə son bir həftədə istehlak 20%-dən artıq aşağı düşüb. Bu, gün ərzində dünya neft bazarında 3 milyon barel neftin satışının azalması deməkdir. Enerji bazarının təhlili ilə məşğul olan mütəxəssislərin proqnozlarına görə, koronovirus dalğası genişləndikcə Çinin neft istehlakı 30 faizdən də artıq azalacaq.

Məlumdur ki, neftin satışının gündəlik bir milyon barel azalması qiymətlərin 4-5 dollar ucuzlaşmasına səbəb olur. Hazırda istehlak 3 milyon barel azaldığından qiymətlər 55 dollara qədər düşüb. Bu, son bir ayda 14 dollar ucuzlaşma deməkdir. Neftə tələbin azalması qiymətin 50 dollardan da aşağı düşməsinə səbəb ola bilər.

Öldürücü virusun faktiki olaraq qlobal neft bazarında ciddi sarsıntıları dərinləşdirməsini heç kim inkar etmir. Artıq OPEC də bundan narahatlığını gizlətmir. Qlobal bazar iştirakçıları neftin yenidən 40 dollara düşəcəyinə dair proqnozlar verməkdədir. Enerji bazarının tətdqiqi üzrə nüfuzlu “Blomberq” agentliyinin ekspertləri neftin 45 dollara kimi ucuzlaşa biləcəyini bəyan edib.

İxracının 80 faizi neft-qazla bağlı olan Azərbaycan üçün də qlobal proseslərin təsirləri istisna deyil. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollar səviyyəsində nəzərdə tutulub. Məlum olduğu kimi 2020-ci il dövlət büdcə layihəsi yeni büdcə qaydalarına uyğun tərtib edilib. Büdcə layihəsi üzrə makro-fiskal çərçivə müəyyən edilərkən, ilk növbədə ölkənin xalis maliyyə aktivləri, daha sonra proqnozlaşdırılan qeyri-neft gəlirləri də nəzərə alınmaqla icmal büdcə xərclərinin, xərclənə bilən neft gəlirlərinin, o cümlədən Dövlət Neft Fondundan transferlərin yuxarı hədləri müəyyən edilib.

Müxtəlif multifaktorlu simulyasiyalar əsasında ortamüddətli dövr üçün neftin bir barrelinin 55 dollar səviyyəsində proqnozlaşdırılması büdcənin ortamüddətli dayanıqlığı və kontr-tsiklikliyinin təmin edilməsi baxımından daha məqbul sayıla bilər və dövlət büdcəsinin illik xərclərinə təsirini əhəmiyyətli dərəcədə neytrallaşdırır. Həmçinin, nəzərə alsaq ki, icmal büdcə xərclərinin yuxarı həddinin büdcə qaydasına uyğun olaraq mühafizəkar ssenari üzrə pessimist fərziyyələr əsasında hesablanıb, belə olan halda bu ssenari tamamilə qlobal təhdidlərə demək olar ki, adekvatdır.

Ancaq təbii ki, qlobal resessiyalardan, ifrat xarici şoklardan heç bir ölkənin iqtisadiyyatı tam sığortalanmayıb. Azərbaycan hökuməti də xarici mənşəli riskləri inkar etmir və 2020-ci ilin büdcə bəyanatında da bu məqamı istisna etməyib. Həmin sənəddə də qeyd edildiyi kimi büdcənin gəlirləri və xərcləri üzrə riskləri, o cümlədən xarici mənşəli risklər qəbulediləndir və hökumətin əsas hədəflərindən biri də həmin risklərə qarşı tədbirlərinin olması və effektiv həyata keçirilməsidir. Proseslər Neft Fondunun gəlirlərinə təsirləri ola bilər.

Yeri gəlmişkən, Maliyyə naziri Samir Şərifov da qeyd edib ki, təşvişə ehtiyac yoxdur. Qlobal bazarlarda Azərbaycan neftinin qiyməti təqribən 56-57 dollar civarındadır, bu indiki şəraitdə büdcədə təhlükə yaratmır. Neftin qiyməti ilə bağlı qarşıdakı dövrdə çox dəyişikliklər baş verə bilər. Nazirin vurğuladığı kimi neft bazarı daim bir qiymət indeksi üzərində qərar tutmayıb, enmə olduğu kimi qiymətlərin yuxarı həddə istiqamətlənməsi də var. Aylıq və rüblük qiymət tsikli neftin orta həddi dövlətin maliyyə gözləntilərini təmin etməyə imkan verir.

Ən başlıca məqam ondan ibarətdir ki, neftin dünya bazar qiymətlərinin Azərbaycanın birbaşa dövlət büdcəsinə təsirləri çox aşağıdır, qiymət enmələri dövlətin ümumi maliyyə aktivlərinə təsir edə bilər, ancaq büdcə daxilolmalarında riskləri minimum səviyyədədir.

Etiraf etmək lazımdır ki, hazırda Azərbaycanın 52 milyard dollar həcmində rezervləri güclü təhlükəsizlik yastığı deməkdir və bu, neftin qiymət dəyişikliklərindən yaranan riskləri sığortalayır. Azərbaycanın tədiyyə balansının cari vəziyyəti də yaxşıdır və bu amil manata olan təzyiqlərin azalmasında xüsusi rol oynayır. Qeyri-neft ixracından əldə edilən gəlirlərin həcminin yüksəlməsi, ixracın həcminin artacağına dair nikbin proqnozlar müsbət saldonun 2020-ci ilin sonunadək davam edəcəyinə ciddi əsaslar verir. Bütün bu amillər manatın sabitliyində mühüm rol oyna bilər.

Nəzərə almaq lazımdır ki, neftin ucuzlaşması dünyanın əsas təchizatçılarını da narahat edir, OPEC və OPEC+ ölkələri sabit qiymət indeksi (60 dollar) üzrə adekvat addımlar atmağa başlayıb. Bu, əslində bazara diqtə etmək, yəni siaysi qərar hesab edilsə belə, qiymətlərin sabitliyi üçün cari resepetdir. Yəni, neft tədarükçüləri də artıq açıq oyun qaydaları ilə hərəkət etməyə başlayıb, siyasi spekulyasiyalara əks-həmlələrlə cavab verir.

Çindəki iqtisadi tənəzzülün uzun müddət davam etməyəcəyi və may ayından bu ölkədəki qeyri-müəyyənliyin aradan qalxacağına dair nikbinlik var. Bu amil Asiya nəhənginin iqtisadiyyatının yenidən hərarətlənməsi fonunda neft istehlakının artacağını və qiymətlərin enmə trayektoriyasının əsk istiqamətə yönələcəyini deməyə əsas verir.

Nəzərə alsaq ki, 2020-ci ilin yanvar ayında “Brent” markalı neftin dünya bazarında orta qiyməti 65 dollar ətrafında olub, fevralda bu rəqəmin 56 dollar olacağı gözlənilir. Cari ilin ikinci yarısından etibarən neftin orta aylıq qiymətinin 58-62 dollar civarında dövr edəcəyi istisna olunmur. Bu isə faktiki olaraq Azərbaycanın neftin həm büdcə proqnozları üzrə öhdəliklərinin tam icrasına, eyni zamanda, strateji valyuta rezervlərinə əlavə yığımların cəlb edilməsinə zəmin yaradır.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Hərbçilərimiz Kəlbəcərdə qızıl qumla dolu anbar tapdı - Video

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Xocalı aeroportu Rusiyanın əli ilə ermənilərin nəzarətinə keçir - Azərbaycan buna imkan verəcəkmi?

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

Fransa parlamenti də “dqr”lə bağlı qanunu qəbul etdi

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı

loading...

Ən çox oxunanalar