Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda vətəndaşların növbəti səyyar qəbulu keçirilib  

13 fevral 2020-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulu keçirilib...

Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlər qarşısında çıxış edərək bildirib ki, son illər ərazində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz inkişaf və sabitlik yolu ilə gedib, infrastruktur layihələrinin həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin olunması, ölkəmizin sənaye potensialının artırılması və bötövlükdə ölkəmizin dayanıqlı inkişafının təmin olunması istiqamətində böyük uğurlar əldə edilib. Ödənişli ictimai iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının genişləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin hərtərəfli dəstəklənməsi və güzəştli şərtlərlə kreditlərin verilməsi, qeyri-neft sektorunun, xüsusi ilə emal sənayesinin stimullaşdırılması, turizmin inkişaf etdirilməsi dövlətimizin möhkəmlənməsinə, xalqımızın daha yaxşı yaşamasına və sabitliyin təmin edilməsinə xidmət edir.

İlqar Abbasov vurğulayıb ki, 2020-ci il ərzində respublikamızın digər şəhər və rayonları kimi əsas sənaye mərkəzlərindən bir olan Şirvan şəhəri ərazisində də genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri aparılacaq, sosial-infrastruktur layihə və proqramları icra olunacaq, şəhərin ekoloji mühitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görüləcək, bütövlükdə şəhərin gələcək inkişafı təmin olunacaqdır.

Daha sonra 15 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müarciətlərə aydınlıq gətirilib. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər son illərdə republikamızda həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını qeyd edib, onlara yaradılan şəraitə, göstərilən qayğıya və problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

pia.az

 

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar