Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Liviya yolunda “İdlib səddi”: Ankara bütün istiqamətlərdən təzyiq altındadır

Ərgün Dilər

“Takvim”, Türkiyə, 12 fevral 2020-ci il...

Hərbçilərimiz Suriyada, İdlibdə atəş altında qaldı. Lazımi cavab artqılamasilə verilsə də, Rusiya-İran-Suriya üçlüyü hücum etməkdən geri durmur. Sataşmalar davam edir. Rusiya ilə keçirilən onlarla görüşdən də nəticə alınmır. Alınmayacaq da. Bu barədə çox yazdım. Kaş alınaydı, amma alınmayacaq.

Məhz bu nöqtədə incə damarlardan dərin siyasətlərin fokusuna doğru getməliyik. Hazırda İdlib yalnız bizim deyil, bütün dünyanın gözünü, qulağını dikdiyi yerdir. Fısıltı ilə danışılanlar da, araya soxulan cümlələr də inanılmazdır. Gəlin, bir az bunlardan bəhs edək. Baş verənləri anlamağa çalışaq.

Suriyanın İdlibdə türk hərbi hədəflərinə etdiyi hücumların mərkəzində, təəccüblü görünsə də, nə Dəməşq administrasiyası, nə Əsədin hərbçiləri, nə də komandirləri durur. İndi Orta Şərqdə yeni dövrün başlanğıcını necə anlamalıyıq? Üzərində düşünməli olduğumuz məslə də budur.

Ortaya fərqli səbəblər, təhlillər qoysaq da, türk hərbçilərini hədəf almalarının ilk böyük səbəbi Liviyadır. Çünki ortada bir çox anlaşmanın olmasına rəğmən, Rusiya Türkiyənin Liviyada olmasından çox narahatdır. İki ölkə arasında bir çox strateji tərəfdaşlıq olsa da, Moskva Türkiyənin Liviya ilə bağlı atdığı addımlardan narahatdır. Bu, dəqiqdir.

ABŞ da Liviyada Rusiya ilə gizli bazarlıq etdiyi halda, Türkiyənin Liviyanın heç bir nöqtəsində olmasını istəmədi. Məncə, gözdən qaçırdığımız məsələ də budur. İndi Suriyada başlayan gərginlik Türkiyə ilə Rusiya arasındakı önəmli anlaşmalara təsir edəcək. Dünən hörmətli Baxçalı da buna işarə etdi.

Əsəd bir sarayından o birinə keçərkən belə, Kremlin xəbəri olur. Bu səbəblə, “Əsəd rejiminin gücləri” adlandırılan qüvvələr, əslində, İranRusiyanın bölgədəki qüvvələridir. Hücum edən də onlardır.

Təəssüf ki, ikinci hücum da sonuncu olmayacaq. Rusiya Türkiyənin bölgədə ciddi bir hərbi əməliyyata girməsini istəyir. ABŞ da eyni qaydada Türkiyənin hərbi əməliyyat keçirməsini dəstəkləyir.

Əlbəttə, bunu Ankaranın üzünə açıq demirlər, amma siyasi baxımdan istədikləri budur. Mütəxəssislərin də altını cızdığı kimi, İdlib çox çətin bölgədir. İdlib bir çox qrupun olduğu, həll yolunun isə olmadığı bir bölgə kimi tanınır. Vaşinqton da, Moskva da, hətta Tehran belə, Türkiyənin İdlibdə əməliyyata başlaması halında, Liviyada səssiz qalacağını düşünür.

Yəni, İdlibdə Türkiyəyə edilən iki hücum təsadüfi deyil, böyük bir planın detallarıdır. Bir az ayrıntılara gedək, geri çəkilərək onlara baxaq. Türkiyənin hər bir ölkə tərəfindən hədəf alındığını görmək çətin deyil.

Son bir ayda dünyanın hər yerində koronavirusdan danışılır. 158 ölkə Çinlə əlaqəsini kəsdi. Çindən idxalatı durduqlarını açıqladı. Çin rəsmən təcrid edildi. Ancaq Çinin Ankaradakı səfirliyi yalnız Türkiyənin idxalatı durdurmasına reaksiya verdi. Çin səfirliyi “Bu qərarı böyük təəccüblə qarşılayırıq. Türkiyəni ikitərəfli əlaqələrimizi qorumağa çağırırıq” açıqlaması verdi. Əlbəttə, gərginliyin yaranması tərəfdarı deyiləm, ancaq bu, hardan baxırsınız baxın, bir təhdiddir. Kimsə Türkiyə ilə bu dildə danışa bilməz. Çin 158 ölkəyə reaksiya vermədiyi halda, nə üçün Türkiyənin davranışını anlaşılmaz hesab edir?

Heç bir ölkədəki Çin səfirliyi belə açıqlama bir yana, heç bənzərini də vermədi. Halbuki Türkiyə Çinə qarşı keçirilən əməliyyatda Pekinin yanında duran bir neçə ölkədən biridir. Bu şərtlər altında olan Çinin Türkiyə ilə ortaq hərəkət etməli olduğu halda, belə açıqlama verməsi ağıllara “Bu, Vaşinqtonun istəyiləmi verildi?” sualını gətirir. Bu ehtimal da olduqca güclüdür. Düşünmək lazımdır.

Türkiyə geopolitik mövqeyinə görə bir çox ölkə tərəfindən hədəf halına gətirilib. Bu, sirr də deyil. Ancaq Ankara son dövrdə bunu fürsətə çevirmək üçün həmlələr edib, “terror xətti”nin Aralıq dənizinə açılması planını yerlə bir edib. Suriyanın bir çox bölgəsinə hərbçi göndərib. Liviya ilə Aralıq dəniziylə bağlı heç kimin gözləmədiyi anlaşma imzalayıb. Təbii ki, bu həmlələr birilərinin canını artıqlamasilə sıxıb.

Çinin açıqlamasına da, Suriyada türk hərbçisinin hədəf olmasına da eyni pəncərədən baxmalıyıq. O açıqlamanı verdirən güc hərbçilərimizi hədəfə qoyanla eynidir.

Türkiyə əlindəki kozırlara görə də böyük bir ölkədir. Rusiya Türkiyənin Liviyada olmasını istəmir, ancaq “Türk axını” layihəsinin Moskva üçün nə dərəcədə önəmli olması da gizli deyil.

Türkiyə İdlibdə baş verənlərdən sonra sərhəd qapılarını aça bilər. Bu, AB-də oyunun təkrar yazılmasına səbəb olar. Vaşinqton Ankaranın İdliblə bağlı yaşadığı çətinliklərdən sonra qaçqınları Avropaya göndərməsini istəyir. Vaşinqton bu halda, AB-nin təkrar öz sərhədlərini bağlayacağını bilir. Bu səbəblə, AB də Almaniya vasitəsilə Türkiyəyə isti mesajlar göndərir. Ancaq nə Almaniya, nə də AB Türkiyə ilə, həqiqi mənada, masaya oturmayacaq.

Çində koronavirusun yayılması səbəbilə yaşanan iqtisadi çətinliklər də 2020-ci ilin hər bir ölkə üçün çətin keçəcəyini göstərir. Hər kəs bir addım gözləyirdi. Çində bir çox ölkəyə təsir edəcək bir problemin ortaya çıxacağı haqqında söhbət gedirdi. Ancaq təxmin edilən hadisənin Şərqi Türküstandan başlayacaq bir problem olacağı düşünülürdü. Çin də buna qarşı hazırlıq görmüşdü. Vaşinqton Şərqi Türküstan mövzusunu o qədər dilə gətirmişdi ki, Çin bütün diqqətini bu bölgəyə yönəltmişdi. Ancaq koronavirus Çini çarəsiz buraxdı.

ABŞ Şərqi Türküstanla bağlı başqa bir oyun qurdu və startı Vuhandan verdi. Koronavirusun yayılması məsələsinə nə Liviya, nə də Aralıq dənizi məsələsindən kənar baxa bilmərik. Bu tənliyin içinə Bərat Albayrağın hədəf alınmasını da oturtmalıyıq.

Baş verən bu hadisələrin hər biri eyni bir zəncirin həlqələridir. Türkiyə xaricdən hədəf alındığı, Çindən Liviyayadək olan bir məkanda sıxışdırıldığı halda, daxildən də bizdəki “koronaviruslar” tərəfindən zəiflədilmək istənir. Hə, pul da bunun ən asan yoludur.

Yəni, üstümüzə hər yerdən gəlməyi yoxlayırlar. Oyuna bir bütün olaraq baxın. Doğrusu, Türkiyənin əlindəki kartlar bitməz. Amma yenə də kimin kim olduğunu yaxşı anlamalıyıq.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Türkiyə Liviya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar