Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlər ən yarıtmaz mətbuat xidmətini müəyyən etdi - Sorğu

“Bötüvlükdə demək olmaz ki, bütün qurumların mətbuat xidmətlərinin rəhbərləri yaxşı işləmir. Ancaq elələri var ki, ümumiyyətlə, jurnalsitlərlə əlaqə qurmaq, onlarla işləməkdə maraqlı deyillər”...

Bunu açıqlamasında “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Hacı Zeynalov “hansı nazirliklərin və özəl sektorların mətbuat xidmətlərinin işindən narazısınız” sualı əsasında keçirdiyimiz sorğunu cavablandırarkən deyib. O, narazı olduğu, razı qaldığı nazirliklərin mətbuat xidmətlərinin adlarını açıqlayıb:

“Ən çox narazı qaldığım Ədliyyə Nazirliyinin mətbuat xidmətdir. Bu nazirliyin mətbuat xidmətinin rəhbər şəxsləri mətbuatla işləmir. Ədliyyə sahəsindən yazsam da, bu nazirliyin mətbuat xidmətini tanımıram. Ədliyyə Nazirliyinin mətbuat xidmətini çox adam tanımır, axırıncı dəfə bu nazirliyin mətbuat xidmətinin rəhbərinin nə vaxt mətbuata açıqlama verdiyini belə xatırlamıram. Bu nazirliyin mətbuat xidmətinin mediya ilə necə işləməsiylə bağlı ayrıca sorğu keçirsəniz, o zaman bir çox jurnalist Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərini tanımayacaq. Bundan başqa, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov da ümumiyyətlə, jurnalsitlərlə əlaqə qurmaq, onlarla işləməkdə maraqlı deyil.
Bildiyimə görə, Pərviz Abubəkirova günlərlə zəng edən jurnalistlər var, amma o telefon zənglərinə cavab vermir. Son zamanlar isə bir çox mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları jurnalistlərlə işləməkdə maraqlı deyil. Bəzi mətbuat xidmətlərininsə özlərinə yaxın hesab etdikləri jurnalistləri var. Elə mətbuat xidmətləri var ki, sorğu göndərirsən, yarım saat sonra həmin sorğunun cavabı digər mətbuat orqanında yayımlanır. Bu da son illər mətbuat xidmətlərinin rəhbərlərinin bütün sualları sorğu vasitəsi ilə cavablandırmasından irəli gəlir.

Amma bötüvlükdə demək olmaz ki, bütün qurumların mətbuat xidmətlərinin rəhbərləri yaxşı işləmir. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları jurnalistlərlə yaxından işləyirlər, jurnalistlərin sorğularına vaxtında cavab verirlər. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmişə jurnalistlərlə yaxşı işləyib, son illər isə daha yüksək səviyyədə işləyirlər. Baş Prokurorluğun mətbuat xidmətindən həm telefon vasitəsilə, həm də yazılı sorğulara operativ cavab verirlər”.

“Azerbaijan Favorite News” (www.afn.az) saytının baş direktoru Həbibə Abdulla:
“Gərək sualı belə verərdiniz ki, hansı mətbuat xidmətindən razısınız? Onda bəlkə bir az asan olardı, çünki əksəriyyətindən narazıyıq. Sualınızda da əksini tapdığı kimi, bu gün mətbuat xidmətlərindən cavab almaq müşkülə çevrilib. Bunun təbii ki, obyektiv və subyektiv səbəbləri var. Mətbuat xidmətinin təmsil etdiyi qurumun fəaliyyətindəki qeyri-şəffaflıq ən başlıca amildir.

Düzdür, bəzi mətbuat xidmətləri də var ki, yoxdan imic düzəldirlər, çalışdıqları qurumun nüfuzunu qaldırırlar, media ilə əlaqələri normaldır. Amma təəssüf ki, beləsi çox azdır. Mətbuat xidmətinin işindən ən çox narazı qaldığım qurum Səhiyyə Nazirliyi, DİN, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti, Maliyyə Nazirliyidir.

Bu qurumlara sorğu verməyin özü müşkül məsələdir, nəinki cavab almaq. Bir sıra mətbuat xidmətləri də var ki, sorğu veririk, ya cavabını ala bilmirik, ya gec alırıq, ya da dəxli olmayan cavab alırıq. Gömrük Komitəsi, Dini Komitə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi bu tip qurumlara aiddir. Göründüyü kimi, yerində çox az sayda dövlət qurumu qaldı ki, mətbuat xidmətinin işindən qismən, yaxud tam razılıq edə bilərik”.

“Ölkə.az” saytının əməkdaşı Mürtəza Bünyadlı:
“Ən ciddi narazılıq Səhiyyə Nazirliiynin mətbuat xidmətindəndir. Vaxtı ilə Anar, Liliya, Səfayə xanım işləyəndə normal əlaqə yaratmaq mümkin idi. Ancaq onlardan sonra bu qurum ümumiyyətlə, ictimaiyyətlə işləmir. Telefonlara edilən müraciətlərə cavab vermirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri var – Pərviz Abubəkirov. Özünü elə yuxarıdan aparır ki!.. Onun fəaliyyətini yarıtmaz hesab etmək olar. Bundan sonra isə Təhsil Naziriliyinin mətbuat xidmətinin də fəaliyyəti pisdir”.

“APA holdinq”in əməkdaşı Mirmehdi Ağaoğlu:
“Mən daha çox Mədəniyyət Nazirliyi ilə çalışıram, onlarla da heç bir problem yaşamamışam. Həmişə telefonlarımı açır, sorğularıma cavab verirlər”.

“Salam News” İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov:
“Mən ən çox Səhiyyə Nazirliyinin mətbuat katibliyindən narazıyam. Onlardan heç bir məlumat almaq mümkün deyil. Oranın mətbuat katibi tam qapalı bir sistem yaradıb. Hətta məni sosial şəbəkədə bloka atıb. Həmin qurumu nə qədər tənqid etsələr də, yenə öz ampluasında işləyir. Mətbuata qarşı çox laqeyd yanaşırlar. Yaxşı ki, son vaxtlar TƏBİB yaradılıb, həmin qurum operativ olaraq media ilə işləyir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar