Şənbə, 29 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

“Ərdoğan Saakaşviliyə bənzəyir, ona cavab çox ağır ola bilər”

Yevgeni Satanovskinin Suriyadakı yeni duruma dair qeydləri...

Yevgeni Satanovski

“Яндекс/Дзен”, 12.02. 2020

Suriyada ciddi bir kəskinləşmə mövcuddur. Hökumət ordusunun İdlibdəki terrorçuların mövqeyinə hücumu onları ört-basdır edən Türkiyə ordusu ilə qarşıdurmalara səbəb olub. Türklər texnika və işçi qüvvəsini önə çəkərək, Suriya ordusuna zərbə endirib. Rusiya ordusu hələ bütün bunlara qarışmayıb, amma fərqli şeylər mümkündür.

Ərdoğan emosionaldır, xarakteri partlayıcıdır, demək olar ki, dəlisovdur və bölgədə baş verən şeylər Suriya-Türkiyə müharibəsinə bənzəməyə başlayır. Yüz il əvvəl Osmanlı imperiyasının təbəələri olduğunu və öz dövlətlərinin olmadığını yaxşı xatırlayan ərəblər, xüsusən Suriyaİraq üçün bu, vacib amildir.

Əlbəttə, məsələ aydındır. Ərdoğan üçün Türkiyə sərhədi boş bir rəsmiyyətdir, lazım gələrsə, onları nəzərdən keçirəcək və heç kimdən rəy soruşmayacaq. Onun nöqteyi-nəzərincə, qonşularla baş verən hər şey birbaşa ona aiddir. İslamçılara himayədarlıq edir. Xüsusilə də türkmanlara, etnik olaraq türklərə yaxın olanlara Suriyaİraqda isə milyonlarla türkman var. Ərdoğan üçün onlar öz adamlarıdır, siyasətinin bir alətidir və ümumiyyətlə, Şamın onlara toxunma haqqı yoxdur. Əks təqdirdə, Ərdoğanın siması dəyişir.

Simanı xilas etmək üçün, iqtisadiyyatdakı böhrana və çətin daxili siyasi vəziyyətə baxmayaraq, mübarizə aparmağa hazırdır. Bunun Ərdoğan üçün nə ilə bitəcəyini proqnozlaşdırmayacağıq. Həm də Rusiya ilə Ukrayna arasındakı münasibətlərlə paralel çəkməyəcəyik.

Putin Ərdoğan deyil. Lap yaxşı, amma sonuncu Saakaşviliyə daha çox bənzəyir və o, dövrümüzün ən uğurlu siyasətçisi sayıla bilməz. Yalnız bunu qeyd edək ki, Ərdoğanın nifrət etdiyi Qərb fərsizdir, Əsədlə qarşıdurmada isə türklərin və islamçıların tərəfində möhkəm dayanır. Orada onlara nə cür desən ad verirlər, həqiqətən kim olduqlarından başqa – düşmən qruplaşmalara bölünmüş yerli “əl-Qaidə”.

Beləliklə, Ərdoğan Əsədə ultimatumlarını irəli sürür və Putini əsəbiləşdirir, həm də İdlibdə çoxdan öhdəsinə götürdüyü işlərin heç birini yerinə yetirmədiyi halda. Suallar ortaya çıxır: türklər Rusiya ordusuna zərbə vurmağa çalışacaqlarmı? Bu, Suriya ordusuna zərbə vurduqda, baş verə bilərmi? Hər şey mümkündür. 2015-ci ilin payızını və təyyarəmizin necə vurulduğunu xatırlayırıq…

Ancaq burada proqnoz vermək faydasızdır. Münasibətlərimizdə buna qədər baş verənlərə əsaslanaraq, Ərdoğanın xasiyyəti onun xarakteri olaraq qalsa da, Ankaranın Moskvanı sınamağa çalışması ehtimalı azdır. Çünki cavab çox ağır ola bilər. Hərgah Suriya ilə əlaqədar olaraq Türkiyə ilə müharibə etməyəcəyik. Türkiyə də bizimlə, üstəlik. Həm də təkcə Türkiyə deyil. (Tərcümə: Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Heydər Əliyevin sabiq köməkçisindən referendum və yeni seçki anonsu - Video

Dünya mətbuatı İdlib hücumu ilə bağlı nələr yazır?..

Vasif Talıbov öz qardaşı ilə toqquşur? - Naxçıvanda seçkilər bitər-bitməz həbslər başlayıb...

Korrupsiyaya qarşı mübarizədə yeni mərhələ başlayır – Prezidentdən qərar

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Prezidentdən kommunal xidmətlərlə bağlı qərar

DTX-nin strukturunda dəyişiklik edildi - Prezidentdən Fərman

Türkiyə Ordusu İdlibdə hücuma keçdi: Əsəd rejiminin bütün hədəflərinə zərbə endirilir - Yenilənib

İdlibdə baş verənlər Rusiya-Türkiyə münasibətlərini hara daşıyır? - Suriyada yeni mərhələ başlayır...

Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi

Azərbaycanda koronavirusa yoluxma riski olan insanlar - SİYAHI

loading...

Ən çox oxunanalar