Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İTV-dən seçki saxtakarlığı ilə bağlı ismarıc - Video

İctimai Televiziyada yayımlanan “3D” verilişinin budəfəki qonağı seçki dairəsi üzrə lider namizəd Razi Nurullayev olub...

Veriliş boyu bir sıra maraqlı məqamlar yaşanıb. Belə ki, efirə gələn depuatlığa namizəd Əziz Əliyev seçkilərdə qalib gəldiyini və deputat seçildiyini deyərək, katibə Lyubaya hədiyyə gətirib. Lyuba da hədiyyəni ən görünən yerə qoyulmasını xahiş edib. Bu zaman Əzizin köməkçisi hədiyyəni kameranın önünə qoyub. Onun belə hərəkəti 9 fevral tarixində ölkədə keçirilən növbədənkənar parlament seçkilərində baş verən seçki saxtakarlığını xatırladıb. Belə ki, bəzi məntəqələrdə seçki dairələrinə qoyulan müşahidə kameralarının üzəri müxtəlif vasitələrlə örtülmüşdü. 

Bir digər maraqlı məqam isə verilişin sonunda yaşanıb. Aparıcı Dadaş Dadaşlinski katibə Lyubaya zəng edərək telefonunun “zaryatkasının öldüyünü”, deyib. Lyuba isə cavabında “O sizin üçün ölüb, bizim üçün hələ sağdır”, sözlərini deyib. Lyubanın belə cavabı seçkilərdə baş verən bir məqamı xatırladıb. Belə ki, məntəqəyə səs verməyə gələn vətəndaş, qohumunun öldüyü halda, onun yerinə səs verildiyini bildirib. Məntəqə işçisi bu zaman cavabında, “O, sizdən ötrü ölüb, bizdən ötrü yox”, sözlərini deyib.


Qeyd edək ki, sözügedən hadisənin Qazax rayonunun 1 saylı məntəqəsinin 107 nömrəli dairəsində baş verdiyi iddia edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar