Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla mahiyyətsiz danışıqlar - Haraya qədər?

Ermənistannın Xarici İşlər nazirinin danışıqlar masasında oturduğu vaxtda, işğalçı ölkənin baş nazirinin “bir qarış da torpağın qaytarılmayacağı” barədə fikirlər səsləmdirməsi, ümumiyyətlə danışıqlar nə üçün aparılır, sualını ortayq çıxarır...

Politoloq: “Ermənistan münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Amma problemi həll etməyə çalşan qüvvələr var”.

Ermənistan cəmiyyəti bütünlüklə qatı millətçilik xəstəliyinə tutulub”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın daxili siyasi şərtləri Qarabağ probleminin həlli üçün hazır olmadığı halda bu danışıqların aparılmasının mahiyyətini PİA.az-a şərh edərən qeyd edib.

Xəbər verdiyimiz kimi Cenevrədə AzərbaycanErmənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutdu. Cenevrə görüşündə tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar.

Son günlər isə AzərbaycanErmənistan Xarici İşlər nazirlərinin Cenevrədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirdikləri görüşün nəticələri hər iki ölkədə geniş müzakirə olunmaqdadır. Ermənistanın Baş naziri Paşinyanın isə indiyədək aparılmış danışıqların detalları barədə açıqlama verməsi və “bir qarış torpağın qaytarılmayacağı” barədə fikirləri vəziyyəti daha da gərginləşdirir. Ermənistannın Xarici İşlər nazirinin danışıqlar masasında oturduğu vaxtda baş nazirin bi tipli bəyanatlar səsləmdirməsi, ümumiyyətlə danışıqlar nə üçün aparılır, sualını ortayq çıxatır. Bu da onu göstərir ki, Ermənistan danışıqlara hazır deyil və Ermənistannın Xarici İşlər naziri danışıqlar masasında sadəcə vaxt öldürür.

Ermənistanın daxili siyasi şərtləri Qarabağ probleminin həlli üçün hazır olmadığı halda bu danışıqların aparılmasının mahiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “Son zamanlar da rüzgar Azərbaycana doğru əsməyə başlayıb və dünya birmənalı qaydada post-sovet məkanındakı münaqişəli problemləri hadisənin baş verdiyi ölkənin ərazi bütövlüyü çərçivəsində həll etməyi müdafiə edir”.

Paşinyanın siyasi məsələlərdə hədindən artıq riyakar və dəyişkən mövqe sərgilədiyini vurğulayan politoloq PİA.az-a açıqlamaslnda əlavə edib ki, buna baxmayaraq danışıqlar artıq predmetli olub:

Ermənistan münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Amma problemi həll etməyə çalşan qüvvələr var. Həmin qüvvələr də beynəlxalq təşkilatlar, Azərbaycanın özü, Azərbaycanın xarici siyasət orqanrıdır. Həm də dünyanın bu regiona diqqətinin hər gün bir az da artması münaqişənin həllini surətləndirir.

Paşinyan xəstəhal adamdır. Onun psixoloji problemləri var. O dünən dediyi sözü bu gün inkar edir. Həmçinin Paşinyan siyasi məsələlərdə hədindən artıq riyakar və dəyişkən mövqe sərgiləyir. Buna baxmayaraq dünənə qədər Dağlıq Qarabağ problemi ilə bağlı konkret danışıqlar gedirdi və danışıqlar artıq predmetli olub. Son danışıqlarda hər iki tərəf “Madrid prinsipləri”ni bəyənmədiyini, onun təkminləşməyə ehtiyac olduğunu bildirib. Ən azından bu məlumat doğrudur. Hər iki tərəf indiyə qədər aparılan danışıqları və bu danışıqlarda əldə edilmiş müəyyən razılaşmaları qoruyub-saxlamağa tərəfdar çıxıb. Bu da bir faktdır.

Gecə yuxuda gördüklərini danışan Paşinyandan fərqli olaraq, bu danışıqların video, audio yazısı aparılır və sənədləşdirilir.

Paşinyanın bəyanatları danışıqların nəticələrini zədələyir və Ermənistanın imicinə zərbə vurur. Demək olar ki, Ermənistan cəmiyyəti bütünlüklə qatı millətçilik xəstəliyinə tutulub. Özləri haqqında olmazın miflərini uydururlar. Bəzən yekəxanalıqla, bəzən də bir millətə yaraşmayan təkəbbürlə başqasının haqqında fikirlər yürüdürlər. Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırlar. Amma bunların hamısı boş cəhdlərdir.

Qabil Hüseynli: “Bu gün ATƏT ərazi bütövlüyü məsələsini, xüsusilə də ikinci dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməməsi məsələsini müdafiə edir”.

Onlar çox yaxşı görürlər ki, Azərbaycan ordusu və iqtisadiyyatı ilə regionun super dövlətidir. Hətta Azərbaycan Cəbuni Qafqazın lider dövlətidir. Bu lider dövlət də Ermənistana işğalın beynəlxalq səviyyədə hüquqiləşməsinə imkan verməyəcək. Onu da qeyd edim ki, son zamanlar da rüzgar Azərbaycana doğru əsməyə başlayıb və dünya birmənalı qaydada post-sovet məkanındakı münaqişəli problemləri hadisənin baş verdiyi ölkənin ərazi bütövlüyü çərçivəsində həll etməyi müdafiə edir. Bu BMT, Avropa Şurası, Avropa Birliyidir və s.

Buna görə də son zamanlar Ermənistana təzyiqlərin olduğunu demək mümkündür. Bu təzyiqlər xüsusilə ilə ATƏT tərəfindən daha güclüdür. Çünki bu gün ATƏT ərazi bütövlüyü məsələsini, xüsusilə də ikinci dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişdirilməməsi məsələsini müdafiə edir. Bu təzyiqləri və dünyanın dəyişən siyasətini Paşinyan və siravi ermənilər də görür. Onlar bu dəyişikliklərdən əsəb gərginliyi keçirdirlər. Buna görə də ağızlarına gələni danışırlar. Amma bunun nəyəsə təsir edəcəyini güman etmirəm. Baş verən proseslər ağır və çətinliklə getsə də, gec-tez hər şeyi öz yerinə qoyacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar